Əziz həmvətənlər, beləliklə çox ağır bir ili yola salırıq. Bəli, 2015-ci il dövlətimiz və millətimiz üçün çox ağır oldu. Faciələr baş verdi, insanlarımız həlak oldu, sosial-iqtisadi böhran qapımızı kəsdirdi və.s Amma bütün bunlar ümüdsüzlük, inamsızlıq üçün əsas vermir. Əksinə, baş verənlər hər bir vətəndaşı silkələməli və hər kəs başa düşməlidir ki, ölkənin işıqlı gələcəyi birlikdən asılıdır.
Gəlin, 2016-cı ildə həqiqətən də həmrəy olaq, ölkəmizi bu çətin vəziyyətdən xilas edək, ədalətsizliyə, talançılığa susmayaq. Biz bir dəfə ilin xalqı seçilmişik. İstəsək, daha bir dəfə də ilin xalqı ola bilərik.
Əziz vətəndaşlar hər birinizi yeni il münasibətilə təbrik edir, hamımıza həqiqi həmrəylik a
Hakimiyyət ölkəni saldığı durumla bağlı düşmən axtarmamalı, vəziyyətdən çıxmaq üçün vergi güzəştləri etməli, monopolyaya son qoyulmalı, korrupsiyanın qarşısının alınması üçün əməli tədir görülməli, dövlət gömrük sərhəddində qeyri qanuni tutmalar -şapkalar dərhal aradan qaldırılmalı, gömrük rüsumları aşağı salınmalı, yanacaq məhsullarının qiyməti aşağı salınmalı, ölkədə barış mühiti yaradılmalı, siyasi məhbuslar azad edilməli, çirkaba bulaşmış məhkəmə,polis,prokurorluq orqanlarında ciddi islahata başlanılmalıdır. Qeyri neft sektorunun inkişafında ciddi islahatlara başlanılmalıdır.