Bəli, 2015-ci il dövlətimiz və millətimiz üçün çox ağır oldu. Faciələr baş verdi, insanlarımız həlak oldu, sosial-iqtisadi böhran qapımızı kəsdirdi və.s Amma bütün bunlar ümüdsüzlük, inamsızlıq üçün əsas vermir. Əksinə, baş verənlər hər bir vətəndaşı silkələməli və hər kəs başa düşməlidir ki, ölkənin işıqlı gələcəyi birlikdən asılıdır.
Gəlin, 2016-cı ildə həqiqətən də həmrəy olaq, ölkəmizi bu çətin vəziyyətdən xilas edək, ədalətsizliyə, talançılığa susmayaq. Biz bir dəfə ilin xalqı seçilmişik. İstəsək, daha bir dəfə də ilin xalqı ola bilərik.
Əziz vətəndaşlar hər birinizi yeni il münasibətilə təbrik edir, hamımıza həqiqi həmrəylik arzulayırıq. İnanırıq ki, bu il bizim ilimiz, xalqın ili, həqiqətin ili, uğur ili, azadlıq ili olacaq.
Allah xalqımızı, dövlətimizi qorusun!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев