Çıraq və nurun, xeyir-bərəkətli suyun mənbəyi, dünya nizamının tənzim məkanı
Dünyanı tanımaq – Quranda bəyan olunan mövzulardan biridir. Quranda səma və yerin həm maddi və həm də mənəvi mənalarına işarə edilmişdir.
Yerlə göyün sayı.
Quranda yeddi dəfə açıq və iki dəfə metafora ilə yeddiqatlı səma və yeddiqatlı yer haqqında xəbərlər verilmişdir
“Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd Yer kürəsi, yaxud yerin yeddi təbəqəsi və yaxud Yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır. (Vacib başlanğıcın) mütləq baş verəcək iradə(si) (yaradılışın tərtibinə uyğun olaraq) onların arasında (mümkün olan ilk məxluqdan tutmuş, onun axırıncı mərtəbələrinə kimi tədriclə) nazil olurdu.