''İMAM ƏLİNİN (Ə.) ELMİ.''
Muhamməd ibn Müslim, İmam Muhamməd Baqirdən (ə) belə eşitdiyini rəvayət edir:
"Cəbrayıl (ə), cənnətdən Hz. Muhammədə (s.a.a.) iki dənə nar gətirdi. Əli (ə) Rəsulullahla (s.a.a.) qarşılaşıb, narları əlində gördükdə, “Bu iki nar nədir əlinizdə?”- deyə soruşdu. Hz Peyğəmbər (s.) belə buyurdu: "Bu gördüyün peyğəmbərlikdir və sənin onda payın yoxdur. Amma o birisi elmdir." Sonra Allahın Rəsulu (s.a.a.) onu ikiyə böldü və yarısını Əliyə (ə) verdi, yarısını isə Rəsulullahın (s.) özü götürdü. Ardından belə buyurdu: "Sən mənim ortağımsan, mən də sənin." İmam Baqir (ə) belə davam etdi: "Allaha and olsun ki, Allahın Rəsulullahın (s.) özünə öyrətdiyi hər şeyi, bir hərfini bel