) ELMİ.''
Muhamməd ibn Müslim, İmam Muhamməd Baqirdən (ə) belə eşitdiyini rəvayət edir:
"Cəbrayıl (ə), cənnətdən Hz. Muhammədə (s.a.a.) iki dənə nar gətirdi. Əli (ə) Rəsulullahla (s.a.a.) qarşılaşıb, narları əlində gördükdə, “Bu iki nar nədir əlinizdə?”- deyə soruşdu. Hz Peyğəmbər (s.) belə buyurdu: "Bu gördüyün peyğəmbərlikdir və sənin onda payın yoxdur. Amma o birisi elmdir." Sonra Allahın Rəsulu (s.a.a.) onu ikiyə böldü və yarısını Əliyə (ə) verdi, yarısını isə Rəsulullahın (s.) özü götürdü. Ardından belə buyurdu: "Sən mənim ortağımsan, mən də sənin." İmam Baqir (ə) belə davam etdi: "Allaha and olsun ki, Allahın Rəsulullahın (s.) özünə öyrətdiyi hər şeyi, bir hərfini belə buraxmadan Əliyə (ə) öyrətdi."
Sonra İmam Baqir (ə) əlini sinəsinə qoyaraq:
"Sonra bu elm bizə çatmışdır."- buyurdu."
(əl-İxtisas, s.272; Əl-Kafi, c.1, s.265; Biharul-Ənvar, c.40, s.209 (az fərqlə))
Müfəzzəl ibn Ömər, İmam Cəfəri Sadiqdən (ə) belə eşitdiyini nəql etmişdir:
"Əmirəl-Möminin Əli (ə) belə buyurur: "Mənə elə xüsusiyyətlər verilmişdir ki, məndən əvvəl kimsəyə verilməmişdir.
Mən ölümlərdən və bəlalardan xəbərdaram və insanlar arasındakı ixtilaflarda necə hökm verəcəyimi bilirəm."
(Biharul-ənvar, c.26, s.147)
İmam Cəfəri Sadiqdən (ə) sənədli bir şəkildə belə rəvayət edilmişdir:
"Əli (ə) Rəsulullahın (s.) bildiyi hər şeyi bilirdi. Allahu Təalanın Rəsuluna (s.) öyrətdiyi hər şeyi Rəsulullah (s.) da Əmirəl-Möminin Əliyə (ə) öyrətmişdir."
(Biharul-ənvar, c.40, s.209)
İmam Muhamməd Baqir (ə): "Əli ibn Əbu Talib (ə), Allahın Muhammədə (s.a.a.) bir hədiyyəsi idi. O, bütün qəyyumların və özündən əvvəlki peyğəmbərlər və Rəsulların elmini miras almışdır."
(Əl-ixtisas, s.272)
Hafs ibn Qartil-Cuhəni, İmam Cəfəri Sadiqdən (ə) belə eşitdiyini rəvayət edir:
"Əli (ə), halal və haramın sahibi idi (halal və haram olan hər şeyi bilirdi) və Quran elminə sahib idi. Biz də onun yolundayıq."
(Təfsirul-Əyyaşi, c.1, s.15)
Əbus Sabah, İmam Cəfəri Sadiqin (ə) ona belə buyurduğunu rəvayət etmişdir:
"Allah, Peyğəmbərinə (s.a.a.) tənzil və təvili (Quranın zahiri və batini mənalarını) öyrətmişdir. Rəsulullah (s.a.a.) da onları Əliyə (ə) öyrətmişdir."
(Təfsirul-Əyyaşi, c.1, s.17)
Süleymanul-Əməş, atasından Hz. Əlinin (ə) belə buyurduğunu nəql etmişdir:
"Enən hər ayənin kimin haqqında endiyini, harada endiyini və kimə endiyini bilirəm. Rəbbim, mənə düşünən bir ürək və açıq, doğru danışan bir dil bəxş etmişdir."
(Təfsirul-Əyyaşi, c.1, s.17)
Əbu Rəfidən belə rəvayət edilmişdir: ''Hz Rəsulullah (s.a.a.) vəfatıyla nəticələnən xəstəliyində Hz. Əliyə (ə) belə buyurdu: "Ya Əli, bu Allahın kitabıdır, onu götür." Əli (ə) da onu bir paltarın içərisinə yığdı və evinə getdi. Hz Rəsulullah (s.) vəfat etdikdən sonra Hz. Əli (ə) oturub onu Allahın nazil etdiyi şəkildə nizama saldı. O, Qurana alim biri idi."
(Mənaqibu Ali-i Əbu Talib c.2 s.41)
İmam Muhamməd Baqirdən (ə) Rəsulullahın (s.a.a.) belə buyurduğu nəql edilmişdir:
"(Ey insanlar) Allah hər elmi məndə yığmışdır, mən də bildiyim hər elmi "Müttəqilərin imamı"nda topladım. Mən hər elmi Əliyə (ə.) öyrətdim. Odur açıq-aşkar və şübhəsiz olan İmam!"
(Əl-İhticac c.1 s.74)
İmam Cəfər Sadiqdən (ə) belə nəql edilmişdir: "Heç şübhəsiz Allah Təbərakə və Təala Rəsulullaha (s.a.a.) Quranı öyrətdi. Bununla yanaşı başqa şeylər də öyrətdi. Allah Elçisi (s.a.a.) də Allahın öyrətdiklərini Əliyə (ə) öyrətdi"
(Besairud-Dərəcat, s.290)
Yenə İmam Cəfəri Sadiqdən (ə) belə nəql edilmişdir:
"Şübhə yox ki Allah, halal və haramı, Quranın təvilini və insanların ehtiyacı olan şeyləri Rəsuluna (s.) öyrətdi. Allah Elçisi (s.) də bunların hamısını Əliyə (ə) öyrətdi."
(Besairüd-Dərəcat, s.292, Əl-ixtisas, s.272; Biharul-ənvar, c.40, s.208 (az fərqlə))
Hz Rəsulullah (s.a.a.) dedi: "Əli (ə.), ümmət içərisində Allahın endirdikləri haqqında ən çox məlumat sahibi olan kimsədir."
(İhkakül-Haqq, c.15, s.399)
Hz Rəsulullah (s.a.a.) dedi: "Əli (ə.), Peyğəmbər (s.) səhabələrinin ən çox elm sahibi olanıdır."
(İhqaqul-Haqq, c.15, s.377)
Hz Rəsulullah (s.a.a.) dedi: "Əli (ə.), insanların elm baxımından ən bilikli olanıdır."
(İhqaqul-Haqq, c.15, s.397)
İmam Muhamməd Baqirdən (ə) belə nəql edilmişdir:
"Hz. Əliyə (ə) Rəsulullahın (s.a.a.) elmi haqqında soruşduqlarında belə buyurdu: "Peyğəmbərin (s.) elmi, bütün Peyğəmbərlərin (s.) elmidir, keçmişdə olanların və Qiyamət gününə qədər olacaqların elmidir." Sonra belə davam etdi:
"Nəfsimi əlində tutana (Allaha) and olsun ki, heç şübhəsiz mən də Peyğəmbərin (s.) bildiyini bilirəm.
Keçmişdə olanların və mənimlə Qiyamət arasında olub bitəcəklərin hamısını bilirəm."
(Besairüd-Dərəcat, s.127)
Səlman Farsi, Hz Rəsulullahdan (s.) belə nəql etmişdir, buyurdu:
"Məndən sonra ümmətimin ən çox elm sahibi olanı, Əli ibn Əbu Talibdir (ə.)."
(Kəşfül-Ğummə, c.1, s.113, Əl-Qədir, c.3, s.96 (cüzi fərqlə))
İmam Cəfəri Sadiqin (ə) atasından belə nəql etdiyi rəvayət edilmişdir:
"Əlinin (ə) kitabında (insanlar üçün) ehtiyac olan hər şey yazılıdır. Hətta bir cızığın, yaralanmanın və heyvan dişləmənin (pəhriz-qisas hökmləri) belə."
(Biharul-Ənvar, c.26, s.50)
İmam Cəfəri Sadiqdən (ə) nəql edildiyinə görə Əmirəl-Möminin (ə), İbn Abbasa belə buyurmuşdur:
"Allah, quşların dilini belə bizə öyrətmişdir. Süleyman ibn Davuda (ə) öyrətdiyi kimi. Eyni şəkildə quruda və dənizdə olan bütün canlıların dilini də bizə öyrətdi."
(Bəsairud-Dərəcat, s.344)
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев