İmam Əlinin (ə) səhabəsi azərbaycanlı imiş Türklərin, xüsusən də azərbaycanlıların əhlibeyt (ə) ilə dostluqlarının tarixi çox qədimdir. Türklər əhlibeyti (ə) heç də Şah İsmayılın təbliğatı nəticəsində tanımamışdır. Şah İsmayıl Xətaidən öncə də türklərin əhlibeyt (ə) sevgisi olmuşdur. Şah İsmayıl sadəcə əhlibeyt (ə) irsinin öyrənilməsinə gözəl şərait yaratdı. Təəssüflər olsun ki, Səfəvilər əleyhinə yalan-yalnış fikirlər səsləndirən, təhqir içərikli ifadələr işlədən, müxtəlif yollarla onları aşağılamağa çalışan insanlar da var. Allahın izni ilə növbəti yazılarımızda bu fəaliyyətlərin möhtəməl səbəblərinə toxunacaq və Səfəvilər haqqında ortaya atılan şübhələrin hamısına ətraflı, tutarlı dəlil