Allahın Peyğəmbəri (s.ə.v.v):«Ey insanlar! Dünya qəm sarayıdır, şadlıq sarayı deyil. Çətinlik sarayıdır, rahatlıq sarayı deyil. Beləliklə, onu tanıyan şəxs ümidlə şad və çətinliklə qəmgin olmaz.»
Əlamud-Din, səh.343
İmam Əli (ə) buyurur: "Görən o kəsdir ki, eşidər və düşünər, nəzər salar və bəsirətli olar. Öyüdlərdən ibrət alar, sonra aydın yolda hərəkət edər. O, bu yolda məhvə düşməkdən və yolunu azmaq mərhələsində qərar tutmaqdan çəkinər".
İmam Əli (ə):«Ey insanlar! Mən fitnənin gözünü çıxartdım və bunu onun (fitnənin) zülmət qaranlığı hər yeri bürüdüyü, quduzluğu və şiddəti son həddə çatdığı və məndən başqa onun qarşısını almağa heç kəsin cəsarəti çatmadığı bir vaxt etdim.»
(Nəhcül-Bəlağə, xütbə 93)
Allahın Peyğəmbəri (s.ə.v.v) buyurur:«Çox yalan danışmaq imanı məhv edib aradan aparır».
Başqa bir hədisdə buyurur:«Yalan danışmaqdan çəkinin. Çünki yalan insanı imandan uzaqlaşdırır».
Kənzul ümmal, 3-cü cild, 620-ci fəsil, 8206-cı hədis.
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Və Səlləllahu Əla Rəsulihi Vəl Əimmətil Məyaminə Min Alih, Və Səlləmə Təslimən Kəsira.
Allahın çoxlu salavat və rəhməti olsun Öz Rəsuluna və onun sülaləsindən olan gözəl, pak İmamlara.