Ailə bir komanda, birlik deməkdir Ailədə sevgi, səmimiyyət, qarşılıqlı hörmət çox mühüm şərtlərdəndir. Ata,ana, qardaş, bacı, hamı bir-birini sevir, bir-biri üçün fədakarlıq edir. Bir damın altında yatıb-duran, eyni süfrə başına oturan doğmalar bir-birinin qayğıları, problemləri ilə maraqlananda sanki onun yükünü bölüşür, işini yüngülləşdirir. Təbii ki, ailənin qayğısını çəkmək, hər kəsin maddi ehtiyaclarını təmin etmək ailə başçısının, valideyinlərin boynuna düşür. Kişinin borcu ailə üzvlərinin ehtiyaclarını ödəmək, problemləri həll etməkdir. Təbii ki, ailə üzvləridə reallığı nəzərə almalı, ailə başçısını həddən artıq yükləməməli, vəziyyətlə razılaşmalı, el arasında deyildiyi kimi, hər kəs