Hər şeyə eyni bucaqdan baxsan,Həmişə eyni şeyləri düşünərsən. Həmişə eyni şeyləri düşünərsənsə,Həmişə eyni şeyləri edərsən. Həmişə eyni şeyləri edərsənsə,Həmişə eyni nəticələri əldə edərsən. Həmişə eyni nəticələri əldə edərsənsə,
Həmişə ya xoşbəxt ya da həmişə bədbəxt olarsan...!
Bir gün Məcnun səhradan keçir.Bu zaman Qoca Dərviş səhrada namaza dururmuş.Məcnun hər şeydən xəbərsiz, sakitcə ordan keçirdi.Bu zaman Məcnunun onun yanından keçdiyini görən Dərviş ayağa durur və Məcnuna deyir:
Qoca Dərviş: - Ay kafir, görmürsən namaza dururam, niyə mane olursan?
Məcnun: - Mən Leylinin eşqi ilə səni görməyə-görməyə, sən Allahın eşqi ilə məni necə gördün?