Предыдущая публикация
Bülbül uzaq düşüb gül qoxusundan,
Payız, budaqlarda Qarğan görünür...
Dağlar xəbər verir qış yuxusundan,
Dumanlar gözümə yorğan görünür.
Qalıb intizarda mahım, kövrəlir,
Yetişə bilmirəm, ahım kövrəlir.
Yağışa qoşulur, ruhum kövrəlir,
Halım özgələrdən fürqan görünür...
Azarsam yolumu, itəndə öldür,
Azmasam, vədəsi yetəndə öldür!
Öldürsən Yaşarı, vətəndə öldür,
Qəriblik önümdə yarğan görünür...
Yaşar QAFQAZLI
Ruhland (Almaniya)
24.10.2023
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3