Предыдущая публикация
Baxma gəncliyimə, yaman çəkirəm...
Şəvə saçlarımda, çal ürəyimdə.
Möhür tək vurulur ayaq izləri,
Niskilin keçdiyi yol ürəyimdə.
Həyat dözülməzdi, əyir qurd kimi,
Oyur nəqqaş kimi, yeyir qurd kimi.
Yığılıb minlərlə şeir, qurd kimi...
Sinəmin məhkumu lal ürəyimdə.
Dolaşıb-gəzirəm, dərdli sərimlə,
Quruca canımla, sümük-dərimlə.
Qıymaram, paylaşam əzizlərimlə,
Ağrıdan nə varsa, bol, ürəyimdə.
Götürmə ölçünü tən, Yaşar ilə,
Yarası qan verən, şən Yaşar ilə.
Dost olmaq istəsən sən, Yaşar ilə,
Qoşul dərdlərimə, qal ürəyimdə!...
Yaşar QAFQAZLI
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3