BUDUQLULAR YOXSA BUDATLAR HƏQİQƏTLƏR VƏ FƏRZİYYƏLƏR
Buduq və Buduqlular Barədə
Buduq Azərbaycanın ən qədim kəndlərindən biridir. İlk iptidai inasanların yaşadığı ehtimal edilən mağaralar, mürəkkəb relyef xüsusiyyətlərinə malik keçilməz dağlar, təbiətin füsünkar mənzərələri bir anda insanı valeh edir, babalarımızın at minib dövran sürdüyü həyat tərzini gözümüzün önünə gətirir.
Babadağdan, Qırxbulaqdan axan sular Qaraçayda birləşib, lal və sükutla bizə baxan pir Əbdülməhəmmədə, Keçili dağına,Ənbərəyə layla çalır, suların şırıltısı dağ şəlalələrinə qarışıb Sənəm yaylağından Çərəkə düzünədək yayılır. Çoban tütəyinin yanığlı, bir az da el-oba üçün qəribsəyən səsini dinlədikcə Allaha, yaradana m