Bir gün Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Onu muzeyə buraxmırlar. Çox təkid etsə də rəhbərlik onun muzeyə girməsinə mane olur. Səbəb isə Sara xanımın “ruhi xəstə” olduğu bildirilir.
1990-cı illərdə onunla söhbət edərkən bu hadisəni çox böyük təəssüflə xatırladı: “Azərbaycan Tarix Muzeyi mənim atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada keçib. Getmişdim ki, bir necə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa o xoş günlərimi, ata-analı anlarımı “yaşayım”.
Buna da Püstə xanım icazə vermədi. (Akademik Püstə xanım Əzizbəyova qatı bolşevik Məşədi Əzizbəyovun nəvəsi idi və uzun illər həmi