Предыдущая публикация
(Bıjiyo çəmə sərkərdə Микаил Гаджиев )
"Ey General, dönə-dönə,
Biz hamı borcluyuq sənə."
Xatırladım bu gün yenə,
Mən böyük Əli Nasiri:
-Təbrik edir Komandiri!
Allah versin şəfasını,
Hər kəs edir duasını.
Haqq eşidər sədasını,
Sağlıq diləyir hər biri,
-Təbrik edir Komandiri!
O bir Talış cəngavəri,
Xoş sözlər deyir əksəri.
Xalqı, zabiti, əsgəri.
Çünki əzizdir xatiri,
Təbrik edir Komandiri!
Tum dostları, sirdaşları,
Yaxın, uzaq qardaşları,
Bütün şəhid yoldaşları..
Onlar ki, diridir, diri...
Təbrik edir Komandiri!
Davam edər qış, bir az da,
Günəş parlar yenə yazda.
Likməkani Mirfayaz da-
Xalqın fədai şairi,
-Təbrik edir Komandiri!
Mirfayaz Likməkani
04.03.2024
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев