Qrupumuzdan Razisinizmi ?
Zabit Quliyev Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Quliyev Zabit Adil oğlu 6 iyun 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxan kəndində anadan olmuşdur. 1992-ci ildə doğma kəndlərində orta məktəbi bitirmiş, bir müddət kənddə təsərrüfatla məşğul olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış və buradan da döyüş bölgəsinə göndərilmişdir. Z.Quliyev Ağdam, Füzuli, Ağdərə, Tərtər bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. Təkcə Seysulan kəndi uğrunda gedən döyüşdə düşmənin 4 tankını vurmuşdur. Ailəlidir.
Yadigar Hüseynov Yadigar Y. Hüseynov 1955 - ci il, mayın 3 - də Gürcüstan Respublikasında anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1977-1981ci illərdə Qəbələ rayonunda müəllim, 1981-2000 ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989 - cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika - riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avto
Xalid Ağaliyev Xalid Ağaliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. ABŞ-ın İnternyus Təşkilatının “Media hüququ Kursu”nu, Avropa Şurasının “Avropa Məhkəməsində İnsan Haqlarının Müdafiəsi”, Fridrix Nouman Fondunun “Korrupsiya ilə mübarizənin strateji planlaması”, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Jurnalistlərin hüquqi maarifləndirilməsi”, “İnzibati qanunvericliklə bağlı maarıfləndirmə”, Amerika Hüquqşunaslar Assosiasiyasının vəkillik kurslarını bitirib. ABŞ-da “Alternetiv Media” və “Medianın böhtandan müdafiəsi” kursları keçib. www.mediarights.az saytının qurucusudur. Müxtəlif vaxtlarda peşəkar jurnalistika ilə məşğul olub. “Şərq” qəzetində h
Vahid Axundov Axundov Vahid Cümşüd oğlu 9 fevral 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1-ci dərəcə dövlət müşaviri Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 03.11.1959 - 14.12.1960 Bakı Dəri qalantereya fabriki, çilingər 02.05.1964 - 08.07.1964 Avtomobil ehtiyatları zavodu, mühasib 16.02.1965 - 21.07.1966 Azərbaycan SSR Dövlət Plan Komitəsi, iqtisadçı 22.07.1966 - 01.11.1970 Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu Böyük iqtisadçı, baş iqtisadçı 02.11.1970 - 01.06.1987 Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutu Şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor 10.06.1987 - 08.10.1991 Azərbayca
Ülkər İmamqulu Ülkər İmamqulu qızı Bayramova Naxçıvan şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. Naxçıvan şəhər İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsində beynəlxalq hüquq və beynəlxalq xüsusi hüquq fənlərini tədris etmişdir. 2006-cı ildə Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsmanı) seçilmişdir. Ailəlidir. Mənbə:NMR-nın ombudsman saytı
Um-Əl-Banu Um-Əl-Banu Mirzə qızı Əsədullayeva 1905-ci ilin yanvar ayında anadan olub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin ailəsində dünyaya göz açıb. Banin yazırdı: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabi gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam onu doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonr
Tabil Həsənov Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Tabil Qasım oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Həsənov Tabil Qasım oğlu 1960-cı il iyul ayının 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə Qazaxıstan Respublikasında ordu sıralarından tərxis olunan Tabil doğma kəndinə qayıdaraq, elə həmin ildə Kosalar kənd rabitə şöbəsində əmək fəaliyyətinə başlamışdır. 1991-ci il dekabrın 15-də Ermənilər dörd tərəfdən Cəmilli kəndinə qəfil hücuma keçəndə, Tabil öz dəstəsi ilə əks hücuma keçdi
Şah İsmayıl Xətayi Xətayi 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində dini-siyasi xadim, təriqət başçısı ailəsində doğulmuşdur. Səfəvilər nəslindəndir. Babası Şeyx Cüneyd, atası Şeyx Heydər Ərdəbil hakimi olmuşlar. Anası Aləmşahbəyim isə Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Atası Şeyx Heydər 1488-ci ildə Şirvanşahlarla müharibədə öldürüləndən sonra İsmayıl və onun ailəsi həbs edilmişdir. Dörd il yarım həbsdən sonra Ağqoyunlu Rüstəm Bayanduri onları İstəxr qalasından azad etdirib Ərdəbilə yola salmışdır. Az sonra Şeyx Heydərin oğlanlarının şöhrətindən qorxuya düşərək onların arxasınca beş min nəfərlik suvari göndərmişdir. Şəməsi adlı yerdə Qızılbaşlar məğlub olmuşlar. Ağqoyunl
Sabir Abdullayev Sabir Abdullayev 1957-ci ildə Qarabağın Ağdam rayonunun Zəngişalı Məhrizli kəndində anadan olmuşdur. Qarabağ muğam məktəbinin layiqli davamçılarındandır. Öz repertuarına, o, bütün mövcud muğamları daxil etmişdir, lakin “Zabul segah”ı, “Mirzə Hüseyn segahı” və s. Bu muğamların lent yazıları Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fonduna daxil olmuşdur. Sabir Abdullayev muğam dəstgahlarını Qarabağ musiqi məktəbinin klassik ənənələrinə sadiq qalaraq ifa edir. Olduqca gözəl vokal qabiliyyətli və musiqisevər bir ailədə böyümüşdür. Onun evindəki qrammofon yazılarından usrad sənətkarların - Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin səsləri eşid
Показать ещё