Предыдущая публикация
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Quliyev Zabit Adil oğlu 6 iyun 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxan kəndində anadan olmuşdur. 1992-ci ildə doğma kəndlərində orta məktəbi bitirmiş, bir müddət kənddə təsərrüfatla məşğul olmuşdur.
1993-cü ildə Milli Ordu sıralarına çağırılmış və buradan da döyüş bölgəsinə göndərilmişdir. Z.Quliyev Ağdam, Füzuli, Ağdərə, Tərtər bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. Təkcə Seysulan kəndi uğrunda gedən döyüşdə düşmənin 4 tankını vurmuşdur.
Ailəlidir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев