Yadigar Y. Hüseynov 1955 - ci il, mayın 3 - də Gürcüstan Respublikasında anadan olmuşdur.
1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
1977-1981ci illərdə Qəbələ rayonunda müəllim,
1981-2000 ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır.
1989 - cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika - riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur.
1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür.
2003-cü ildə "Avtonom qidalanan funksional qurgu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır.
Hal-hazırda həmin kafedranın professoru və kafedra müdiridir. 120-dən çox elmi məqalənin, 6 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın, 6 dərs vəsaitinin müəllifidir.
2000-ci ildən Sumqayıt Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışır.
Ailəlidir, üç övladı var.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев