Qalmışam məəttəl hey yana-yana.
-Nə görmüsən mənim şirin balam?
-Gördüm,Qarabağın başı odludur,
Evimizin içi yaman doludur.
İnsanlar əlində iri top-tüfəng,
Düz addımlayırdı bizlərə tərəf.
Qaçırıq-qovurlar arxamda onlar,
Əyninə geyiblər papaqlı donlar.
-Bəs sonra?...
-Sonra da atamı,sonra babamı,
Daha sonra qonşumuz Əhməd dayını,
Tutub saxlayırlar, süngü ilə döyürlər.
Elə hey arxamızca tərbiyyəsiz söyürlər.
-Mənim şəkər balam.....
-Hə ana biz qaçaraq aşdıq hündür dağları,
Geridə qoymuşduq gül-çiçəkli bağları.
Bura gəldik, budur bizim evimiz.
Burda məskunlaşıb bütün elimiz.
-Hə qızım.......
-Ana, birdə gördüm mənim babam
Qocalıbdır,əyilibdir, olub yaman.
Qışqırıram, baba çıx gəl,mənlə anam
Gözləyirik yolunuzu olsun tamam.
-Sonra qızım?.....
-Sonra, ana, ayıldım,gözümü açdım.
Təklikdən qorxaraq yanına qaçdım.
Ana, gələcəkmi atamla babam?
Sevinci, kədəri bir-birinə qatam.
-Ehh... ay qızım, kaş olaydı arzumuz
Ata-baba elimizlə dolu olsun yanımız.
-Olar, ana, heç darıxma.
Atam gəlsə çox karıxma.
Qayıdarıq yurdumuza,
Son qoyarıq çəkdiyimiz iztiraba.
Müəllifi: Nəfisət Vahid
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев