Предыдущая публикация
Kamil bədən,nurlu sifət səcdəyə layiqdir.
Həya, ar, namus, ləyaqət səcdəyə layiqdir.
Dəyəri olmaz elə hər deyilən adi sözün,
Varsa bir kəlmədə hikmət,səcdəyə layiqdir.
Nəyinsə xatirinə dost olmaya, dostuna dost!
Dostluqda varsa sədaqət, səcdəyə layiqdir.
Oğlan qızı, qız oğlanı aldatmaya sevgidə kaş,
Saf sevgi, saf məhəbbət səcdəyə layiqdir.
Eşq əhli, səcdə etmə hər gözün gözəl görənə,
Namuslu, qeyrətli afət səcdəyə layiqdir.
Mən Atbaz Əfqan Azərbaycan övladıyam,
Bu bizim yenilməz millət səcdəyə layiqdir.
Atbaz Əfqan
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев