İnsanlıq işə yaramır,
Kaş bir qara daş olaydım.
Yol tapaydım ürəklərə,
Hər kəsdən nəzr alaydım,
Kaş bir qara daş olaydım.
Ağlını mənə satanın,
Pir deyib mənə çatanın,
Şeytan bilib daş atanın.
Varın,dövlətin yolaydım,
Kaş bir qara daş olaydım
Geyinəydi hər kəs bəyaz
Bilməyəydi şaxta, ayaz,
Çox olaydı nəzir, niyaz.
Kasıbı yada slaydım,
Kaş bir qara daş olaydım.
Cümlə təbiblər sönəydi,
Xəstələr mənə dönəydi.
Yalvarıb dərdin böləydi,
Cahil qəlblərə dolaydım,
Kaş bir qara daş olaydım.
Olmayaydı baş yarmağım,
Olaydı kaş beş barmağım.
Hər barmaqda min qarmağım,
Tora düşəni yolaydım,
Kaş bir qara daş olaydım.
Yox edəydim dərd, zilləti,
Anladaydım həqiqəti.
Yaşadaydım bu milləti.
Başlara ağıl qoyaydım,
Kaş danışan daş olaydım.
Malik Qoca
Комментарии 1