Предыдущая публикация
KƏPƏNƏK
Güllər üstə uçan, qaçan
Bir qayğısız kəpənəkdin,
Çiçəklərin ürəyində
Sən ən şirin bir diləkdin.
Sorağını gül-çiçəkdən
Alınca mən, gördüm yoxsan,
Qaçdım sənin dalınca mən,
gördüm yoxsan...
Nəğmə deyir sənə güllər
Yel əsdikcə narın-narın.
Hər çiçəkdən bir rəng alır
Qızıl-qızıl qanadların.
Hansı gülü oxşadınsa,
Ləçəyində izin qaldı.
Səni tutdum, uçub getdin,
Əllərimdə tozun qaldı...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев