Məs: Biri içki məclisinə getməyəndə yaxınları etirazını bildirir: “Niyə getmirsən? Filankəs müəllimdən (və ya toyu edən qohumumuzdan) utanmırsan, molla olub mənimçün, baxarsan səndə övladın üçün xeyir işi eləsən bir nəfər də qapını açmayacaq, çox dərinliyə getmə. Və ya ata həmin məclisə getməyən övladına deyir—“ sən gəl həmin məclisə get günahı mənim boynuma.(And ola Allahın birliyinə qiyamətdə həmin ata dediyini danacaq). Onların cavabında mömin Allahın həmin məclislərdə iştirak etməyi qadağan etdiyini əgər haram məclisə Uca olan Allah tərəfindən bəla gələrsə həmin bəlanın içki içənə-içməyənə baxmayacağını bildirsə də bu cahillər“Əşşi neçə ildi ata-babalarımız bu çür toylar edir niyə bəla gəlmiyib“ deyirlər. Ay nadan Allah bəla göndərmirsə cəzasını qiyamətə saxlayıb. Əgər bilsən ki, Quran məntiqi ilə bu dünyadakı bəla qiyamətdəki cəzadan qat-qat yüngüldü. Və yaxud da bir mömin gənc özünə müsəlman toyu etmək istəyir. Qohum əqrəbanın əksəriyyəti təkliyəcək tifili “Buna bax bir elə bir yas mərasimi eliyir, ağlamağa gələciyik toyuna, cavan oğlansan bu dəqiqə dünya inkişaf edir sən və sən kimilər isə geri qayıdırsan. İndi hansı dövrdə yaşayırıq” Hətta irəli gedən analar “Oğlum südümü sənə halal etmərəm əgər belə bir toy olsa” Həmçinin ata “Adama nə deyirlər mən filankəsin toyunda gedib içmişəm indi toyunda içki verməsəm ayıb olar axı!”. Reallıq bududa cəmiyyətin əksərinin bəyəndiyi toy— Məhrəm naməhrəmə qatışır, əndirəbadi rəqslər, içki sağlıqları əsl şeytanın bəyəndiyi toy. Və sair və sair.....
Həmçinin bir xanıma deyəndə ki, niyə hicabsız bəzənib düzənib çölə çıxırsan? Verdiyi cavaba bax:“ Necə niyə, dost var düşmən var adama nə deyərlər”
Beləliklə cəmiyyətin, elin obanın fikri Allahın hökmündən üstün tutulur. Harama yol verməknən insanlardan həya edirlər amma aləmlərin Rəbbi olan Allahdan həya olunmur. Sonrada kasıbçılıqdan, ədalətsizlikdən, vəziyyətlərinin çətin olduğundan dəm vururlar. Sən haçan Allah istəyən kimi yaşamağa cəhd etdinki???
Sonda cəmiyyətin, insanların fikrini Allahın fikrindən üstün tutanlar üçün Həzrət Əli (ə)-dan gözəl bir hədis qeyd etmək istəyirəm. Həzrət Əli (ə) buyurur: “Ey insan nəyinlə öyünürsən? halbuki murdar sudan əmələ gəlmisən, hazırda nəcis tuluğu daşıyırsan, sonda da qəbirdə murdar leşə çeviriləcəksən”
Düşündürücüdü elə deyilmi bu halda insan fikrini üstün tutub, halal-harama fikir vermədən yalnız insandan həya etməyə dəyərmi?!
Allah cəmiyyətimizi islah etsin İNŞƏALLAH
SİZDƏ PAYLAŞIN!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев