Həyasızlığın dərəcəsinə baxki, adını müsəlman qoyan cahil Allahın haram buyurduğu içkini qəbul etməyi azmış kimi zibili içə içə sağlıq deyib Allaha “dua edir”. Məs: “Allah eləsin ən pis günümüz belə keçsin (bədbəxtlər elə zənn edirlər ki, guya zibil içmə mərasimləri ən yaxşı günləridi) və ya “Allahdan sənə uzun ömür və can sağlığı arzu edirəm” və s. Rusun, xristianın bəllidiki dinləri təhrif olunduğundan içkini “halal” bilirlər. Axı sənə nə olub ay müsəlman, axı sənin əlində misilsiz, təhrifsiz səmavi kitab var və həmin kitabda birbaşa içki haram buyurulub. Deyəndə niyə içirsən o zəhirmarı deyir “Əsas ürək təmiz olsun”,”Yeyib-içən oğlan yaman olmaz”. Bir haldaki haqqı qəbul etmiyib deyirsən “Yeyib-içən oğlan yaman olmaz” O halda bil “Əgər köçsən bu dünyadan məst halda dinsiz köçərsən, ONDA DA ALLAHDAN AMAN OLMAZ.
Allah cahiliyyət burulğanında batan müsəlman ümmətini hidayət eləsin İnşəAllah!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев