Предыдущая публикация
Следующая публикация
Свернуть поиск
Сервисы VK
MailПочтаОблакоКалендарьЗаметкиVK ЗвонкиVK ПочтаТВ программаПогодаГороскопыСпортОтветыVK РекламаЛедиВКонтакте Ещё
Войти
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
  • Главная
  • Увлечения
  • Видео
  • Группы
  • Люди
  • Публикации
  • Игры
  • Подарки
  • Поздравления
  • Помощь
  • русский
Левая колонка
Обложка профиля
Фотография от Azad HəsənLi

Azad HəsənLi

Последний визит: 29 июл
Фотография от Azad HəsənLi
Фотография от Azad HəsənLi
Фотография от Azad HəsənLi
Фотография от Azad HəsənLi
Фотография от Azad HəsənLi
Фильтр
ЗаметкиУвлечения
azadhesenli

Azad HəsənLi

3 сен 2021

Dostlar mütləq baxın və Bəyənin videonu.

https://youtu.be/JkiGF6i26eg

TƏRTƏRİN BORSUNLU KƏNDİNDƏ YENİ ARTEZİAN QUYUSU İSTİFADƏYƏ VERİLİB
Tərtərin Borsunlu Kəndində Yeni Artezian Quyusu İstifadəyə Verilib. Tərtər rayonunun Borsunlu kəndi uzun illərdir ki susuzluqdan əziyyət çəkən kəndlərin sırasındadır. Ümumiyyətlə Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb “Tərtər rayonunun Borsunlu kəndinin ərazisindən keçən İnçə çayına gələn suyun qarşısını alırlar. Həyətyanı, eləcə də əkin sahələrimiz quruyaraq məhv olub”. kənd ərazisindən keçən İnçə çayı əkin sahələrinin suvarılması üçün əhəmiyyətli mənbədir: “Uzun illərdir biz bu problemi həll edə bilmirik. Hər il cəmi iki ay istisna olmaqla, yaz və payız aylarında çayda suyun olmaması kənd sakinləri üçün böyük çətinlik yaradır. İnçə çayında suyun olmamasının əsas səbəbi isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin sakinləridir. Həmin kənd Borsunlu kəndindən nisbətən yuxarı hissədə yerləşir. Tapqaraqoyunlu kəndinin sakinləri İnçə çayının Borsunlu kəndinə gələn hissəsində suyun qarşısını kəsirlər. Hələ may ayı bitməyib, Borsunlu kəndindən keçən, yəni kəndi suvarma suyu ilə təmin edən İnçə çayında suyun səviyyəsi təxminən 80-85% aşağı düşüb və bu səbəbdən də kənddə yüzlərlə hektar əkin sahəsi quraqlıq səbəbindən məhv olur. TƏRTƏRİN BORSUNLU KƏNDİNDƏ əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər. Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir. Köhnə kənd qəbirsanlıqında qədim türbələr,sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər. Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir. Hazırda kənddə 300 -dən artıq ailə yaşayır, 2000 -nəfərə yaxın əhalisi var. Kənd Goranboy rayonunun Tapqaraqoyunlu, Xan qərvəndi, Tərtər rayonunun Sarov, Dəmirçilər kəndi, Ağdərə rayonunun Talış kəndi (Keçmiş Mardakert rayonu) ilə qonşuluqda yerləşir. Ona görədə Borsunlu kəndi ermənilərin yaşadığı Talış kəndi tərəfindən müharibə dövründə hər zaman atəş altında saxlanılırdı. Qeyd: Borsunlu kəndi çox vaxt KİV vasitələrində Goranboy rayonunun Borsunlu kəndi ilə səhv salınır. Yerli əhali bu kəndlə eyni tayfalara malikdirlər,uzun sürən qohumluqları olub,xalq arasında Tərtər rayonunu Borsunlu kəndi İnçə çayının sahilində olduğu üçün İncə Borsunlu, o birisi isə Bakı-Gəncə magistral yolunun kənarında yerləşdiyi üçün Gəncə Borsunlusu adlanır. Borsunlu kəndində Kənd İcra nümayəndiliyi, Bələdiyyə (hal-hazırda əhali yaşamayan Qırmızı-Saqqallar-Qazaxlar kəndləridə bu qurumlara tabedir.) orta məktəb, tibb məntəqəsi, klub,kitabxana, rabitə şöbəsi fəaliyyət göstərir. Bu video material BorsunluTV internet televiziyası tərəfindən, Tərtər rayonu Borsunlu kəndinə həsr olunub. Bəzi materiallar istisna olmaqla digər çəkilişlər eləcə də, İdeya Mətn Montaj Azad HəsənLi Mətni Səsləndirən Rəşidə xanım Allahverdiyeva Yayım hüququ: © BorsunluTV internet televiziyasına məxsusdur. Bu kontenti olduğu kimi paylaşmağa icazə verilir. #BorsunluTV, #TerterinBorsunluKendi, #SuProblemi
YouTube
  • Класс
azadhesenli

Azad HəsənLi

27 июн 2021

Yeni video mütləq baxın Tərtərin Borsunlu kəndi

https://youtu.be/kmPGjIOTBTs

Borsunlu Kəndi @Borsunlu TV
01:16
Borsunlu Kəndi @Borsunlu TV
6 просмотров
  • Класс
azadhesenli

Azad HəsənLi

4 фев 2021

Salam dostlar..

...
Şəhidimiz Elman Məmmədov Haqqında (BorsunluTV)
Borsunlu TV internet televiziyasına abunə olun ki, Yeni videolarımızı zamanında izləyə biləsiniz... ____________________________________ Məmmədov Elman Bəhmən oğlu, Şəhidimiz 1991-ci ilin Avqust ayının 17-si, Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Bir sadə, zəhmətkeş kəndli ailəsində dünyaya göz açan Elman, çox sadə, mehriban, işgüzar insan idi. Ailənin ortancıl oğlu olan Elmanın iki qardaşı da var. Elman orta məktəbi Tərtər rayonunun, Borsunlu kəndində oxuyub və orta təhsilli olub. Şəhidimizin hələ sağ ikən xanım adlı mərhum həyat yoldaşından Adəm adlı bir oğlu dünyaya gəlir. Adəmin anadan olmasından 10 gün sonra, Anası xanım rəhmətə gedir. Həyat yoldaşını belə vaxtsız itirən şəhidimiz, Vaxtaşırı Tərtər rayonunun Ələsgərli kəndinə, Oğlu adəmi görməyə gedərdi.. Hərb sahəsində işləməyi, Elman lap çoxdan arzulayırdı. O sənədlərini hazırlayıb, müdafiə nazirliyinə çoxdan vermişdi. Təqribən üç-dörd ay olardı ki, Onu hərbiyə dəvət etmişdilər. Elman Məmmədov Azərbaycan ordusunda, müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi.. Elman 2-ci Qarabağ müharibəsi zamanı, Fizuli rayonu istiqamətində, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, Oktyabrın 3-ü qəhrəmancasına şəhid olub. Şəhidimiz oktyabrın ayının 4-ü elə doğma kəndi olan, Tərtər rayonunun, Borsunlu kəndinin qəbiristanlığında dəfn olunub. Elman elinə obasına ümumiyyətlə vətəninə bağlı insan olub. Şəhidimiz böyüyüb boya-başa çatdığı Tərtər rayonunun Borsunlu kəndində, camaat arasında özünə elə gözəl hörmət qazanmışdı ki, onun ölüm xəbəri təkcə ailəsini, yaxınlarını deyil, bütövlükdə Borsunlu sakinlərini də sarsıtdı. Elmanın yoxluğu bu gün də Borsunlu kəndində yaşayan, Onu tanıyan hər bir insanın üzündə qəmginliklə hiss olunur. Borsunlu camaatı şəhidini sosial şəbəkələrdə də yad edib, onun haqqında böyük fəxarət hissi ilə, öz fikirlərini bölüşdülər. Borsunlu kəndinin sayılıb seçilən ziyalılardan biri, Aslan müəllim.. Elmanın haqqında bunları yazır.. "El arasında belə bir deyim var ki, İnsanın həyata ilk gəlişində, onun talehi-qisməti də özü ilə bərabər gəlir. Elmanın da həyat yolu belə yazılıbmış.. Sadəcə bu igid balamızın qismətinə, belə çətin keçmə keçli bir ömür yazılıbmış. Bu da bir qismətdir ki, o ən Ali şəhidlik zirvəsinə ucalmışdır. Bu hər kəsə qismət olmur, Allah-təala onun balasını xoşbəxt eləsin... Elman balamızın bütün günahlarını bağışlasın." Hər kəs Elmanı danışdı, Onun qəmgin həyatından bəhs etdi. Bizdə bütün yaxın insanları bir araya toplayıb, Hamılıqla ürəyimizdəki Elmanın məzarını ziyarət etmək, Onu böyük ehtiramla yad etmək arzumuzu yerinə yetirmiş olduq. Elman kimi oğullar bir dəfə gəlir dünyaya, Onlar qısa bir həyat yolundan keçib, müqəddəs bir zirvəyə yüksəlirlər, O zirvə şəhidlik zirvəsidir. O zirvəyə yüksələnlərin ömrü qısa olsa da, Ölümləri şərəflidir. Ölüm əslində yoxluq və heçlik demək deyil. Əbədi diyara səfərdir. Elman haqq yolunda şəhid oldu.. Şəhid təkcə evdən getmir, həm də eldən gedir. Hər bir şəhid xəbəri, ürəyimizi yandırdı ama digər tərəfdən də onların cəsarəti ilə qürur duyduq. Çünkü müqəddəs bir məqsəd uğrunda, Canından keçdi şəhidlər. Bütün şəhid olan insanlar, sorğu-sualsız cənnətə gedir.. Elə Elman kimi......... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Canı Allah versə də, Bizlər bu torpağın üstündə gəzir, Bu torpağın suyundan içir, Bu torpağın çörəyindən yeyir, Bu torpaqda yaşayırıq. Hara getsək də darıxırıq, ürəyimizdə olan bu vətən üçün. Bizlər damarımızda qan axdığca bu torpağa bağlıyıq. Vətən bizim hər şeyimizdir, vətən bizim olandı. --- Budur vətən, hamılıqla borclu olduğumuz vətən...... Biz vətəni göz bəbəyimiz kimi qoruyub, Vətən sevgisini gələcək nəsillərə aşılamalı, Onu nəsildən nəsilə ötürməliyik. Vətən bizim and yerimizdir. Çünkü müqəddəsdir vətən. Elə himnimiz də deyildiyi kimi, Minlərlə can qurban oldu. Bu vətən var olsun deyə. Neçə ki biz canımızı, qanımızı bu vətən uğrunda əsirgəməyəcəyik, bu vətən var olduqca olacaq. Buna görə də lazım gələrsə, Bu vətənin azadlığı uğrunda canımızdan keçməliyik.. Görün nə qədər vətəndaşımız şəhid oldu, Onlar şəhadətə yüksəldi və şəhidlərimizin hamısı, Bütün dünyaya göstərdi ki bizim xalq, qəhrəman xalqdır. Çəkiliş BorsunluTV internet televiziyasının lahiyəsi əsasında, Azad Həsənlinin ideyasına əsasən araya-ərsəyə gətirilib. #BorsunluTV #Terter
YouTube
  • Класс
azadhesenli

Azad HəsənLi

15 авг 2020

Dostlar xaiş edirəm aşağıdakı videoya daxil olun videonu bəyənin və şərh yazın.

https://youtu.be/AWjCczBHTac

Tərtər Rayonunun Borsunlu Kəndində SU Yoxdur
04:45
Tərtər Rayonunun Borsunlu Kəndində SU Yoxdur
26 просмотров
  • Класс
azadhesenli

Azad HəsənLi

14 июл 2020
Tərtər Rayonunun Borsunlu Kəndində SU Yoxdur
04:45
Tərtər Rayonunun Borsunlu Kəndində SU Yoxdur
26 просмотров
  • Класс
На этом пока всё
Войдите в ОК, чтобы посмотреть всю ленту

113

  • fərid şixəliyev
    fərid şixəliyev
  • natiq zeynalov
    natiq zeynalov
  • Алик Алик
    Алик Алик
    Тольятти
  • Aslan Ismayilov
    Aslan Ismayilov
    Сумгаит (Насосный)
  • Мубарис Аллазов
    Мубарис Аллазов
    дарбаз грузя саратов

Присоединяйтесь — мы покажем вам много интересного

Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.

Зарегистрироваться