oxuyanda adamı belə bir sual
düşündürür. Hansı peşənin ardınca
getməli? Bu çox məsuliyyətli bir seçimdir.
İnsan həyatda elə sənət, elə peşə
seçməlidir ki, həm özünün bu peşəyə
sevgisi, məhəbbəti olsun, həm də bu
sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir
verə bilsin. Doğrudur, sənətlər, peşələr
arasında seçki qoymaq, “bu yaxşıdır”, “bu
pisdir” –deyib onları ayırmaq olmaz.
Cəmiyyətə faydalı əməklə bağlı bütün
sənət və peşələr şərəflidir. Sənətin pisi
olmaz, sənətkarın pisi ola bilər. Lakin hər
kəs bacardığı işdən yapışmalı, gücü çata
biləcək sənətin, peşənin ardınca
getməlidir. Yoxsa bir də görürsən ki,
dərslərini yaxşı oxumayan bir uşaq
gələcəkdə hüquqşünas və ya şərqşünas
olmaq istəyir. Doğrudur, bu, heç də pis
arzu deyil. Amma bu arzuya düşən adam
gərək gecəsini gündüzünə qatsın, əlndən
kitab düşməsin. Yoxsa təkcə arzu etməklə
iş düzəlmir. Arzuya çatmaq üçün əziyyət
çəkmək, hər cür zəhmətə qatlaşmaq, ən
əsası isə yaxşı lazımdır.
Mən də özümə peşə seçmişəm. Ola bilər
ki, bu peşəni seçməyim bəzilərinə bir
qədər qəribə görünsün. Amma dənizçilik
peşəsi mənim daha çox xoşuma gəlir.
Dənizçilər hər yerdə olur, hər yeri gəzir,
çox ölkələrlə, çox adamlarla tanış olurlar.
Əlbəttə, belə həyat çox maraqlıdır. Lakin
məni bu peşəyə cəlb edən onun yalnız
maraqlı deyil, dənizçilərin cəsur və
qorxmaz insan olmalarıdır.
Mən dənizçilərin həyatından bəhs edən
çoxlu kitab oxumuş, xeyli kinofilmə
tamaşa etmişəm. Artıq bilirəm ki,
dənizçilər çox igid, cəsur və qorxmaz
olurlar. Onlar dəhşətli tufanlara, fırtınalara
qalib gəlməyi bacarır, heç bir çətinlikdən
qorxmurlar. Müharibə həyatından bəhs
edən bəzi kinofilmlərdə dənizçilərin
göstərdiyi şücaətlər adamı lap heyran
qoyur.
Dənizçilərin gözəl və vüqarlı geyimləri, çox
sağlam və gümrah bədənləri olur. Küçədə
dənizçi geyimində adamları onlara
həsədlə baxır, onları dünyanın bəxtəvəri
hesab edirəm. Mən böyüyəndə mütləq
dənizçi olacağam, lentli papaq
geyinəcəyəm. Mavi okeanlardan keçib
müxtəlif ölkələrlə tanış olacaq, Xəzərimin
doğma sularında üzəcəyəm. Son olaraq
ürəyimdən keçən arzumu şerlə ifadə
etmək istəyirəm:
Dənizçi olmağı istəyirəm mən,
Bu arzu uşaqkən girib qəlbimə.
İstəyirəm dənizləri fəth edib,
Xeyir verim torpağım, elimə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев