Xalqımızın qəlb şairi, gözəl və nəcib
duyğular şairi M.Müşfiq ürək titrədən
misralarını başlıq kimi yazaraq
fikirləşirəm. Gözlərim qarşısında
Azərbaycanın qanlı-qadalı tarixi keçmişi
canlanır. Bu iki misrada Azərbaycan
övladlarının tarixi qəhrəmanlıq ruhu,
vətən qarşısında borcu, amalı çox
məharətlə əks olunsa da, bu mənanı
açmaq böyük ustalıq tələb edir. Buna
mənim gücüm çatmır. Axı kiçik bir yazıya
böyük bir ürəyi – Azərbaycanı necə
yerləşdirim?Azərbaycan! Doğma yurdum, doğma
vətənim! Ürək sözlərimi sənə xitabən
yazmaq istəyirəm. Tarixinin hansı
səhifəsini vərəqləyim? Bəlkə, dünyada
üçüncü tapıntı sayılan ən qədim yaşayış
məskənindən – Azıx mağarasından
söhbət açım? Bəlkə də, od, atəş övladları-
Qorqud övladları yaradıb bu mağaranı?
Bəlkə, dünyaya sahib olmaq iddiası ilə
yürüş keçirən Əmir Teymura göz dağı
olan Əlincə qalasının aslan ürəkli
igidlərindən söz açım? Yox, qoy elə qoç
Koroğlunudan, igid Nəbidən, qəhrəman
Həcərdən danışaq. Qəlbimdə Babəkin
harayını eşidirəm. Azərbaycanı vahid
bayraq altında birləşdirməyə çalışan şah
babamızın- Şah İsmayıl Xətainin səsi
qulağıma gəlir. Elə bil haradansa həzin
bir nəğmə axıb qəlbimdə dolur:
Azərbyacan! Elim, obam, məskənim.
Könlüm bu torpağın sorağındadır.
Əsl qəhrəmanlar, əsl igidlər
Doğma Azərbaycan torpağındadır.
Birdirmi, ondurmu, yüzdürmü
qəhrəmanlıqlarla dolu səhifələrin, anam
Azərbaycan?!
Son dövr hadisələri, zorla cəlb edildiyimiz
Qarabağ savaşı göstərdi ki, Azərbaycan
övladları indi də hər cür qəhrəmanlıq
göstərməyə, Vətənin şöhrətini ucaltmağa
qadirdirlər. 1988-ci ildən bəri azğın
düşmənlərə sinə gərib dayanan oğul və
qızlarımız sübut etdilər ki, Vətən həmişə
Vətəndir. Vətəni vətənləşdirən onun
qeyrətli və cəsur övladları yeyib nankor
çıxanlar, düşmən qarşısından
qaçan fərarilər də mövcuddur. Elə
Koroğlu zamanında da Keçəl Həmzələr
olub. Lakin Vətənin tarixini yazan keçəl
Həmzələr yox, qoç Koroğlular olur.
Azərbaycan yenə də öz qəhrəman
övladları ilə fəxr edə bilər.
“Torpaq – uğrunda ölən varsa Vətəndir!”
– deyirlər. Şəhidlər xiyabanında uyuyan
igidlərimiz – ölümü ilə ölümsüzlüyə
qovuşanlar bu deyimi daha parlaq şəkildə
sübuta yetirdilər. Vətən anadır və bu
ananın xoş günü naminə canını qurban
verənlər ən xoşbəxt insanlardır.
Odlar yurdu – Azərbaycan!
Canımsan.
Vətənimsən, mənliyimsən.
Qanımsan.
Heysiyyətim, mənliyimsən.
Sevincimsən, şənliyimsən.
Səninlədir yaşayışım,
Varlığım da.
Yaşayıram qoynunda mən,
Sənsə – bütün varlığımda.
Нет комментариев