biri xeyirxahlıq və səmimilikdir.
Xeyirxahlıq ən yüksək insani keyfiyyətdir.
Hər dəfə xeyirxahlıqdan, yaxşılıqdan söz
düşəndə böyük şairimiz Səməd Vurğunla
bağlı bir epizodu xatırlayıram. Xarici
ölkədən vətəninə qayıdan şairi
aeroportda qarşılayan ən yaxın
dostlarından biri hal-əhvaldan sonra ona
belə bir sual verir: “Şair, çox ölkələr gəzib,
çox adamlar görübsən, bəs deyə
bilərsənmi ki, əsl səadət nədir?” Səməd
Vurğun dostuna belə cavab verir:
“Dostum, sən bu sualı öz ürəyinə ver!
Neçə insan övladının üzünə ürəyinin
qapıları açmısan? Neçə insan övladının
qolundan tutub ayağa qaldırmısan? Bu
dünyada ən böyük nemət insanlıq,
insanlığın əsas şərti isə xeyirxahlıqdır. Bu
dünyada ancaq yaxşılıq qalacaqdır. Bax,
səadət budur!”
Böyük şair ürəkdən gələn bu sözlərində
qəlbini insanlığa həsr etmiş kamil bir
şəxsin könül duyğularını hiss edir,
qarşımızda əsl insan görürük.
Onun yaradıcılığı da bu hisslərlə təşəkkül
tapmış, insanlıq və xeyirxahlıq lirikası kimi
meydana çıxmışdır.
Deyirəm ki, rast gəldiyim bir uşaq
Ata desin, ata bilsin məni görəndə.
Kim istəməz yıxılanın dayağı olmaq?
Kim sevinməz bir xeyirxah ömür
sürəndə?
Xeyirxahlıq təmənnasız edilən yaxşılıq,
əvəzi güdülmədən göstərilən köməkdir.
İnsanlığın bu ali və yüksək keyfiyyəti şair
və yazıçılarımızın yaradıcılığında geniş
əksini tapmış, tərbiyə vasitəsinə
çevrilmişdir. Dahi şairimiz Nizami
Gəncəvinin əsərlərinə müraciət edək.
Böyük şairin “Xeyir və Şər” mənzum
hekayəsi xeyirin şər üzərində,
xeyirxahlığın bədxahlıq üzərində qələbə
rəmzi, qabiliyyət simvoludur. Adında da
göründüyü kimi, bu əsərdə xeyirlə şərin
mübarizəsindən bəhs edilir. Xeyir, kürd və
onun qızı xeyir qüvvələri, Şər isə mənfiliyi
təmsil edir. Əsər xeyir qüvvələrin qələbəsi
ilə bitir. Bu isə bəşər tarixində insanlığın
ən böyük arzusu, ən yüksək amalıdır.
Vicdanı pak, nəfsi təmiz olan adamlar
həmişə başqalarına göstərdikləri
təmənnasız yaxşılıqdan, ali insanlar kimi
yaddaşlarda qalmışlar.
Yaxşılıq, xeyirxahlıq heç vaxt itmir, gec-tez
yaxşılıq edən şəxsin özünə qayıdır, onu
əsl insan kimi tanıdır, ucaldır,
şöhrətləndirir. Xeyirxahlıq əsl tərbiyə
vasitəsidir. Biz də bu məktəbin şagirdləri
kimi xeyirxah olmalı, bizdən kömək
umanlara, dara, çətinə düşənlərə qayğı
göstərməli, onların harayına, köməyinə
çatmalıyıq. Bu, bizim qəlb istirahətimiz,
könül dincliyimiz olmalıdır.
8 Aprel 2012 Leave a reply
Təbiətin gözəlliyini qoruyaq
148 Votes
Yaşadığımız dünya, bizi əhatə edən
maddi aləm son dərəcə gözəl, zəngin və
rəngarəngdir. Bu ətraf aləm təbiət
adlanır. Əslində biz özümüz də bu təbiətin
bir zərrəsiyik, onun tərkib hissəsiyik.
Təbiət bizim hamımızın anasıdır.
Bizim yaşadığımız dünya çox gözəldir. O
həm də əsrarəngiz və maraqlıdır. Biz
zəngin və füsunkar bitkilər aləmin, vəhşi
heyvanlardan tutmuş ən xırda həşəratlara
qədər saysız-hesabsız canlılar
əhatəsindəyik. Əslində Yer kürəsi
adlandırdığımız planetin məzmunu da elə
ən şüurlu və ən ali varlıqlar olan biz
insanlarla bizi əhatə edən təbiətin
harmoniyasıdır. Dünyamızın sabahı və
gələcəyi bu vəhdətdən və bu vəhdətin
əzəli və əbədi tarazlığından asılıdır. Bu
harmoniyanın bu tarazlığın pozulması
dünyanı fəlakətə sürüklüyə bilər, bütün
bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona
görə də biz insanlar təbiətə qayğı və
məhəbbətlə yanaşmalı, planetimizin bitki
örtüyünü – onun florasını və canlılar
aləmini – onun faunasını qorumalıyıq.
Biz təbiətin kiçik bir parçasıyıq. Bizim
yaşayışımız da, sağlamlığımız da onunla
bağlıdır.
Təbiətin ayrılmaz hissələrindən biri
meşələrdir. Almanlar meşələrə çox mənalı
və müasir səslənən bir ad veriblər: “Yaşıl
ciyər”. Yaşıllıq insana çörək lazımdır. Həm
də çörəksiz yalnız insan məhv olduğu
halda, yaşıllıqsız, meşələrsiz təkcə insanlar
deyil, başqa canlılar da yaşaya bilməz.
Meşələr bizim sərvətimiz, var-
dövlətimizdir. Meşələr bizim məişətimizin
bir hissəsidir. Yaşıllıq əhatəsində insanı
işıqlı fikirlər öz ağuşuna alır, xoş əhval-
ruhiyyə, qurub-yaratmaq eşqi güclənir.
Məlum həqiqətdir ki, meşələri – Yer
kürəsinin bu yaşıl kəmərini bircə an
təsəvvür etməsək, demək, bəşər də
yoxdur.
Təəssüflə qeyd etməliyik ki, son zamanlar
təbii qazın azlığı, tikinti və kənd
təsərrüfatı işləri, eləcə də baxımsızlıq
meşələri çox sıxışdırır. Yaşıllığa, meşələrə
qarşı ölçüsüz-biçisiz hücum insana qarşı
yönəlmiş ən ağır müharibədir. İnsan ağlı,
insan zəkası bu “müharibəni” dəf etməyə
qadirdir və biz təbiətin nizamını pozan,
onun qədrini bilməyən, korlayan
adamlara qarşı mübarizə aparmalı,
təbiətimizi və onun gözəlliyini mühafizə
etməliyik.
Son illərdə respublikamızda təbiətin
qorunması və mühafizəsi məsələsinə çox
böyük diqqət yetirilir. Hətta şairlərimiz də
öz şerləri ilə bu gözəl təşəbbüsə
qoşulmuşlar. Mən də öz inşamı lirika
ustası, böyük şairimiz Hüseyn Arifin
aşağıdakı misraları ilə yekunlaşdırmaq
istəyirəm:
Hər vaxt təbiəti gətirək yada,
O, bizi duyğusuz, ruhsuz sanmasın.
Yollar uzansa da, yollar artsa da,
Meşələr pozulub yaralanmasın
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев