Sanki sənsiz qala bilməyəcəyimi bilirsən və özünə əminliklə qürurla qarşımda dayanmısan.. Sənin acizlik kimi qələmə verdiyin həyat mənə çox şey öyrətdi. Aciz olmadığımı güclü olduğumu anladım... Yerimizi dəyişmişik deyəsən... Nə vaxtsa aciz olan mən idim, güclü olan sən...Acizsən, əzizim.. Acizsən çünki mənim sözlərimə ehtiyacın var... Mənim dilimdən bir kəlimə "GETMƏ" sözünə möhtacsan... Acizsən, çünki qarşımda dayanıb nə qədər güclü olduğunu sübut etmək istəyirsən amma içindəki tufanlar səni incidir. Bu dəfə saxlamayacam səni... Get.. İstədiyin yerə get.... Ağlama deməyəcəm.. Ağlamağı belə özünə sığışdıra biləcək qədər güclü deyilsən... Mənsizlik ağır gələcək... Hər şeydən əvvəl içində qopan fırtınalar, tufanlar rahatlıq verməyəcək sənə.. Geri dönmək istəyəcəksən... Ayağıma qədər özün gələcəksən... Yenə də mənim acizliyimə sığınıb nə vaxtsa məndən eşidmək istədiklərini indi sən mənə deyəcəksən... İndi sən de.... Sən acizsən yoxsa mən...??

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев