Saniyəm il olur, tez qocalıram
Sənin gözlərində yaş görəndə mən.
Adicə gülüşə həsrət qalıram,
Sənin gözlərində yaş görəndə mən.
Ağlama qəlbimə xoşbəxtlik gətir,
Gördün çarəsizəm özünü yetir,
Gözümdə həyatın mənası itir,
Sənin gözlərində yaş görəndə mən.
Gözünün önünə gəlsin gözlərim,
Demə qəm- kədəri silsin gözlərim.
Gül deyirsən, necə gülsün gözlərim
Sənin gözlərində yaş görəndə mən.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.