- Ləğv olunmuş MTN-nin əks-kəşfiyyat baş idarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev həbs edilib.
Yenicag.az-a daxil olan məlumata görə, general-mayor Ədalət Əsədullayev vətənə xəyanətdə ittiham edilib.
Qeyd edək ki, Ədalət Əsədullayevin sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqəsi var. O, 24 oktyabr 2015-ci il tarixində vəzifəsindən uzaqlaşdırılaraq sərancama göndərilib.
- Müsavat partiyasının fəalı Azad Həsənovun məhkəməsi keçirilib. Vəkil Osman Kazımovun verdiyi məlumata görə, ev dustaqlığı ilə bağlə verdikləri vəsatətin qəbul olunmayıb. Qeyd edək ki, Azad Həsənov Litvada mühacir həyatı yaşayırdı və bu ilin oktyabr ayının 11-də Bakıya gələrkən həbs edilib.
- Müsavat Partiyasının qərargahında Siyasi Məhbusları Müdafiə Mərkəzi tərəfindən hazırlanmış "Həbs yerlərində saxlanma şəraiti və Azərbaycanda siyasi məhbus problemi" adlı Hesabat təqdim edilib... Hesabatın təqdimatıyla yanaşı övladı işgəncə nəticəsində öldürülən hərbiçi anaları da çıxış edib.
- Həbsdə olan jurnalist bloger Mehman Hüseynova yenidən cinayət işi açılıb. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi, yəni Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə maddəsiylə təqsirləndirilib. İttihamda qeyd edilir ki, Mehman Hüseynov Ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Qeyd edək ki, Mehman Huseynov 2017-ci ilin mart ayında suraxanı rayon məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdam məhrum edilib və 3 ay sonra cəza müddəti başa çatırdı. Bu ilin avqust ayında anasının yasında iştirak etmək üçün bir neçə saatlıq azadlığa buraxılmışdı.
DTX xarici xüsusi xidmət orqanlarına işləyənləri həbs edib. Bu barədə DÖvlət Təhlükəsizlik Xidmətinin ictimaiiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildilir ki, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib. Eləcə də bildirilir ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb.