"Gəlin birlikdə dəstək olaq" adlı sərginin açılış mərasimi keçirilib
Sentyabrın 27-də Bakıda sağlamlıq imkanları məhdud olan istedadlı insanların əl işlərindən ibarət "Gəlin birlikdə dəstək olaq" adlı sərginin açılış mərasimi keçirilib
Layihənin təşkilatçısı Sevinc Alizadə tədbirdə çıxış edərək belə sərgilərə həmişə dəstək verməyə hazır olduqlarını söyləyərək bildirib ki, sərginin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin problemlərinin həllinə kömək göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini yönəltmək və sosial aktiv vətəndaşları bu fəaliyyətə cəlb etməkdən ibarətdir.
"Park İNN-Azərbaycan" otelində təşkil olunmuş sərgidə 30-dan çox sağlamlıq imkanları məhdud olan insanların əl işləri nümayiş olunub.
Bir gün davam edən sərgidə qayğıya ehtiyacı olan insanların əl işlərini almaqla onlara cüzi də olsa yardım edə bilmək imkanı yaradılmışdır.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.