Audio by Asi performing "Qal Mənimlə" © 2018
DeadHome inc.
Mix & mastering: Rizvan Filipov
Cover: VN Art (Vüqar Nəsirov)
Video: Əli Xalıqov
Beat: Sentinus Eris
Tәşkilatçı Prodüser: Zaur Nuri
Xüsusi Təşəkkürlər: Rəşad Ali
Sözlər:
Hissə 1
O qızın gözәl hәyatı vardı,dağıtdım mәn dünyasın
Bu şair sevә bilmәz daha çün özünü dün asıb
Getdiyin gündәn bu yana,olurdu hәr gün yasım
İsa sәni hәr gün sevir,Asi sәndәn hәr gün yazır.
Sevdiyi gedәn insan,bir daha sevә bilәrmi
Sevdiyi gedәn insan,nә vaxtsa gedә bilәrmi Ayrılığı sanma oyuncaq,bәlkә dә ayrılsaq Sәnә heçnә olmazdı,mәn intihar edә bilәrdim
Xoşbәxt dә ola bilәrdim,amma bir sәninlә
Bu mahnı sәnindi,istәr söndür istәr dinlә
Sevgi bir dәnizdirsә,batmışıq biz dәrindә
Saçlarınla oynamaq varkәn,oynamazdım hisslәrinlә
Ürəyim xəstədi,ona görə demirdim ürəyim sənə
İnanmıram hansısa qız gözümdə sənə yüksələ
Bir azca sev nə olar,dəysin köməyin mənə
Səsini duysam ağlayacam,sevgi yoxdu deməyin mənə
Qəlbimə toxunuşuvun hələ də qalıb izləri
Qürurum darıxanda gözlərimdə yaşı gizlədir
Bizi ayırmaq istəyənlərin dəyəcək yerə dizləri
Ayrılıq mümkünsüz,narahat olma Tanrı bizlədi
Alsın canımı ama məndən səni almasın
İtirim yaddaşımı, səndən başqa heçnə qalmasın
Yadına salmasın,məni düşünüb xəyala dalmasın
Əllərim çətirin olardı göz yaşın yağış damlası
Hissə 2
Getməyi düşünmə,bir ömür boyu qal mənimlə
İçinə çəkdiyin hava olum,sən nəfəs al dərindən
Tutsam əllərindən,dünyalar olar mənim
Qarşılaşsa gözlərinlə gözlərim dolar mənim
Bizi ayırır sərhədlər,ayırır məsafələr
Fərqi yoxdu nə qədər uzağam,çağırsan İsa gələr
Kəsilməz əlaqələr,bir gün ölsəm belə
Həmin gün intihar edər,gəlməz cənazəmə
Sənə gələn mənə gəlsin deyib aldılar xoşbəxtliyimi
Uzağdan sevmək də bir ayrı xoşbəxtliydi
Bir silahla bir də ki ayrılıqla zarafat olmaz
Gecələr rahat yat,mənə görə narahat olma
Varlığın hüzur verir,yoxluğun hüzn gətirir
Səni hər düşünəndə vərəqə gərək düzüm sətiri
Bilinmir sözün qədiri,gözlərin gözümdədimi
Bilmirəm,qəlbim səndəmi yoxsa özümdədimi
Gözlərim yaşla dolu,fikirlərim darmadağın
Yadına gəlirmi ayrılanda səhərə qədər ağlamağım
Məndən uzağdasan,mesaj da gəlmir səndən
Xəyalın da gəlmir elə bil olub əlbir sənlə
Gəl bir sən də,xeyri yoxdu gəlmirsəndə
İntihar edəcəm axır,bağlayacam kəndiri səndən
Asacam səndən özümü,yadında saxla bu sözümü
Artıq yoxdu dözümüm,yumacam dünya gözümü
Döndərmə məndən üzünü,hər şeir səninlə bağlı
Həyatımla birlikdə hər şeyim səninlə dağılıb
Səndədi ağlım,bil sonu yoxdu bu nağılın
Kimsədən xeyir gəlmir,köməyə gərək Tanrını çağırım
Artıq bitsin ağrım,dərdlərim üst üstə
Gecələr ağlayıb,gülmək var gündüzlər
Hələ nə qədər gerçəkləşməli xəyalım var səninlə
Heç vaxt tək qoyma,bir ömür qal mənimlə...