Goranboy rayonunun Nizami kənd Vüqar Quliyev adına uşaq bağçasında barama saxlanır.
Bu barədə Meydan TV-yə bağça uşaqlarının valideynləri məlumat verib. Onlar bağçanın bütün otaqlarının barama ilə doldurulduğunu söyləyiblər:
“Körpə uşaqlar bundan əziyyət çəkir. Uşaqla bir damın altında barama saxlayarlar? İpək qurdları uşaqlarımızın yatdığı çarpayıların içində saxlanır. Sonra da həmin çarpayılarda uşaq yatırdacaqlar”.
İcra nümayəndəsi: 100 faiz quraşdırmadır
Meydan TV məsələyə münasibət öyrənmək üçün Nizami kəndinin icra nümayəndəsi Elvin Musayevlə əlaqə saxlayıb. O, valideynlərin yalan söylədiyini, belə bir halın olmadığını söyləyib:
“Həmin ipək qurdları əvvəl qutuda, xırda vəziyyətdə olur. Bəlkə həmin vaxtı kimsə bağçaya aparıb. Ya da həmin videolar başqa yerlərdə çəkilib, ancaq bağça adı ilə sizə göndərilib. Sizə həmin məlumatı kim göndərib? Adını verə bilərsiniz? 100 faiz quraşdırmadır. Görünür, kimsə qəsdən edir. İcra başçısı deməz axı gedin bağçada elə bir iş görün”.
Təkcə, idman zalında barama saxlanır
Meydan TV-yə həm də Göyçayda Elnur Seyidov adına Ulaşlı - Şıxlı kəndi tam orta məktəbində də barama saxlandığı ilə bağlı şikayət göndərilib. Valideynlər bu haldan narazı olduqlarını, məktəbdə təsərrüfatla məşğul olmanı doğru saymadıqlarını söyləyiblər:
“Məktəbin idman zalı bütünlüklə barama ilə əhatə olunub. Baramanı harada saxlamaq lazımdır, orada saxlasınlar. Məktəb barama saxlama yeri deyil”, - şikayət edən valideynlər belə deyirlər.
Göyçay Elnur Seyidov adına Ulaşlı - Şıxlı kənd məktəbindən isə Meydan TV-yə bildiriblər ki, valideynlər necə şikayət edə bilər, onlar məktəbdə olmayıblar axı:
“Elə bir şey yoxdur. Kim nə məqsədlə belə bir şey çəkir, atır, bilmirəm. Təkcə, idman zalında barama saxlanır. Başqa siniflərdə belə hal mövcud deyil. Mən heç bilmirəm sizə nə cavab verim. İdman zalı məktəbin binasından kənardadır. Onun sinif otaqlarına, məktəbə aidiyyatı yoxdur. Biz də dövlətə xidmət edən, qulluğunda duran insanlarıq. Nə ehtiyac var, bunu şişirtməyin, böyütməyim. Bütün kənd camaatı barama saxlayır. İndi müvəqqəti çətinlikdir, məktəblərə verilib. Gələn ildən insanlara paylanacaq. Bizim kənddə yer olmadı deyə, müvəqqəti razılaşdıq. Təmizlənəcək, gedəcək. Bilmirəm nə deyim. Xahiş edirəm, bizim məktəbin adını səsə salmayın”.
Kanala abunə ol -
https://goo.gl/TcM9Fm
WebSite:
http://www.meydan.tv
Facebook:
http://fb.com/MeydanTelevision
Twitter:
http://twitter.com/MeydanTV
Google+
https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram:
http://instagram.com/meydantv
__
Xəbərdən çox xəbər var.
#çəkgöndər yayımlayaq
#whatsapp : +49 176 16263646