Məzmun
Çoxseriyalı televiziya kinosalnaməsində Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı tarixi yol ekranda canlandırılır: 1926-cı ildə Bakıda ilk dəfə radionun fəaliyyətə başlaması, 1933-cü ildə Lökbatanda güclü neft fontanı vurması, Bakı neftçilərinin və bütövlükdə Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsi dövründə arxa və ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, müharibədən sonra Sumqayıtda, Mingəçevirdə, Daşkəsəndə, Neft Daşlarında və respublikanın digər şəhərlərində aparılan tikintilər və s. haqda söhbət gedir. Biz ekranda dahi bəstəkar Üzeyir Hacıbəyovu mikrofon qarşısında, evdə, konservatoriyada görürük. Görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operasına ilk baxışı, "Azad Qadın" abidəsinin açılış mərasimlərini izləyirik. Filmdə respublikamızın həyatı ilə bağlı bu və digər hadisələr barəsində də ətraflı danışılır.
I seriya: Film 1917-1925-ci illərin hadisələrini əhatə edir.
II seriya: Film 1926-1932-ci illərin hadisələrini ekranda canlandırır.
III seriya: Film 1933-1940-cı illərin hadisələrini əks etdirir.
IV seriya: Film 1941-1945-ci illərin hadisələrini əhatə edir.
V seriya: Film 1946-1958-ci illərin hadisələrini ekranda canlandırır.
VI seriya: Film 1959-1970-ci illərin hadisələrini özündə əks etdirir.
Film haqqında
Film 6 seriyadan ibarətdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Rejissor : Rüfət Şabanov (1-ci və 3-cü seriya), Oqtay Babazadə (2-ci seriya), Teymur Bəkirzadə (4-cü seriya), Nazim Abbasov (5-ci seriya), Arif Qazıyev (6-cı seriya)
Ssenari müəllifi : Ruslan Şahmalıyev (1-ci seriya), Firudin Köçərli (2-ci seriya), Musa Bağırov (3-cü seriya), Qaraş Mədətov (4-cü seriya), Danil Quliyev (5-ci seriya), İmran Qasımov (6-cı seriya)
Operator : Seyfulla Bədəlov (6-cı seriya)
Janr: Sənədli
Tarixi
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Ekran"
Filmin növü: Çoxseriyalı Sənədli Televiziya Filmi
İl: 1970
Texniki məlumatlar: I seriya: 5 hissə, 1320 metr, 35 mm
II seriya: 3 hissə, 810 metr, 35 mm
III seriya: 3 hissə, 820 metr, 35 mm
IV seriya: 3 hissə, 830 metr, 35 mm
V seriya: 3 hissə, 790 metr, 35 mm
VI seriya: 3 hissə, 810 metr, 35 mm
Bütün videoların siyahısı:
https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_kinosu_videolar%C4%B1
Facebook profilim:
http://www.facebook.com/vusal.agayev.714
Facebook qrupum:
http://www.facebook.com/groups/kinomuz
Email:
vusalaghayev@gmail.com
Vikipediya:
http://az.wikipedia.org/wiki/%C4%B0stifad%C9%99%C3%A7i:Vusal1981
Diqqət: Videoları köçürüb yenidən Youtube-da yerləşdirmək olmaz. Belə hal baş verərsə tərəfimdən şikayət olunacaq. Filminin silinməsini istəyən müəllif mənimlə əlaqə saxlasın dərhal silim.