Aprel döyüşlərində şəhid oldu, dünən isə qızı doğuldu Aprelin 5-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun dünən qız övladı dünyaya göz açıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Körpəyə şəhidimizin arzusunu yerinə yetirərək Yağmur adı qoyulub. Qeyd edək ki, Ziya Həsənov Bərdə şəhərində torpağa tapşırılıb.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.