Daşkəsən sakini selə görə İlham Əliyevə təşəkkür edir
Daşkəsəndə sel fəsadlar törədib. İyunun 24-ü, saat 20 radələrində güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə, şəxsi təsərrüfatlarına, mal-qara və avtomobillərinə, eləcə də ərazidə olan sosial obyektlərə ciddi ziyan vurub.
Daşkəsən rayon İcra Hakimiyyətindən verilən rəsmi məlumata görə, təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib. Sel suları Təzəkənddə su keçid körpülərini tamamilə dağıdıb, Xoşbulaqda körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparıb, bir çox yaşayış evlərini su basıb.
Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çaya salaraq aparıb. Çoxsaylı kəndin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 elektrik transformatorunu sıradan çıxarıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülüb, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb və yararsız vəziyyətə düşüb.
Hadisə baş verdikdən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əraziyə gəlib və sakinlərə dəymiş ziyanların qısa müddətdə aradan qaldırılacağına söz verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rayona dəymiş ziyanı müəyyənləşdirmək üçün Daşkəsənə ezam olunub.
Kanala abunə ol - https://goo.gl/TcM9Fm
WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv
__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.