https://www.Instagram.com/farizxeyal_meyxana
https://www.Facebook.com/farizpiryeva
HƏR ŞEYƏ MÖHTAC OLAN ACİZ VƏ ZƏİFDİR
"Ey insanlar! Siz Allaha möhtac kimsələrsiniz. Halbuki Ğanii (heç bir şeyə muhtac olmayan), Hamiid (həmd edilməyə yeganə layiq olan) ancaq Allahdır." (Fatır surəsi,15)
Belə bir sual verilə bilər:
İnsan oğlu elmi və texniki inkişafla hər şeyə nail oldu. Nə üçün aciz və zəif deyirik?
Cavab:
Allahın bəxş etdiyi ağıl sayəsində bir çox şeyə hakim oldunuz. Yaxud da ola bilərsiniz. Amma əsla acizlikdən, möhtac olmaqdan xilas ola bilməyəcəksiniz.
“Mən xəstələnmirəm, yaşlanmıram” deyən insan varmı? “Mən ölməyəcəyəm” deyən insan varmı? Yox. Xəstəliyə, qocalığa və ölümə məğlub olan insan oğlu acizdir. Elə isə həddini bilməlidir. “Havaya, günəşə və suya ehtiyacım yoxdur”, - deyən varmı? “Oduna, qaza, kömürə, yaza, qışa ehtiyacım yoxdur” – deyən varmı? “Yeyib-içməyə, tuvaletə ehtiyacım yoxdur” – deyən varmı? Xeyr.
Bunlara ehtiyacınız olduğu müddətdə acisiniz, zəifsiniz, kasıb və möhtacsınız. Bu nemətlərə möhtac olduğunuz müddətdə onların
#sahibinə də möhtacsınız.
Qışı bahara, gecəni gündüzə çevirən kimdir? Allah.
Otu südə, gübrəni
#gülə çevirən kimdir? Allah.
Odun və kömürü dağlarda
#anbara vuraraq saxlayan kimdir? Allah.
Yerin
#daxilini neft,
#səthini taxıl zəmisi yaradan kimdir? Allah. Kainatı və içindəki varlıqları atomdan qalaktikalara qədər min bir nəğmə ilə dilə gətirən və coşduran, kainatı sərgiyə çevirib sənət əsərini insana
#tamaşa etdirən kimdir? Allah.
Elə isə
#əbədiyyən Allaha möhtacsınız, borclusunuz. Ehtiyacınızı, acizliyinizi, sevginizi və ehtiramınızı Ona ərz etməyin
#ən mükəmməl yolu hər gün qıldığınız beş vaxt namazdan keçir.
Hansı namaz? Yaxşılıqları əmr edən, pislikdən çəkindirən, haram və haqsızlıqdan, günahdan
#uzaqlaşdıran namaz. İçində Allah eşqi, sevgi və qorxu olan namaz.
Cume gunun mubarek Qardash!!!