Gürcüstanda “Rus qanununa yox!” şüarı ilə yenidən aksiya keçirilir, saxlanılanlar var
Aprelin 15-i Tbilisidə parlament binası qarşısında “Rus qanununa yox!” şüarı ilə yenidən aksiya keçirilib. Aksiyaya qatılan minlərlə insan hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edib. Aksiyada tələbələr, ictimai xadimlər, eləcə də vətəndaş cəmiyyətinin fəalları iştirak ediblər.
Aksiya səbəbilə mərkəzi Rustaveli küçəsində hərəkət məhdudlaşdırılıb.
Parlament qarşısındakı aksiya daha sonra binanı mühasirəyə almaq istəyən etirazçılarla polis arasında qarşıdurmaya səbəb olub. Vətəndaşlar dinc yürüşlə parlament binasını mühasirəyə almağı planlaşdırsalar da, polis buna imkan verməyib.
Qarşıdurma zamanı aksiya iştirakçılarından saxlanılanlar da olub. İlkin məlumata görə, qarşıdurma zamanı 14 nəfər saxlanılıb, 1 nəfər polis əməkdaşı isə yüngül xəsarət alıb.
Parlamentin yaxınlığında su reaktiv maşını və xüsusi təyinatlılar yerləşdirilib.
Aksiya iştirakçılarının sözlərinə görə, qanunverici orqanda etiraz aksiyası aprelin 16-da, saat 12:00-dan etibarən davam etdiriləcək.
Gürcüstan Prezidenti Salome Zurabişvili “X” hesabında “Gürcüstan sovetləşmə ilə barışmayacaq” deyə qeyd edib.
Kanala abunə ol - https://goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol https://cutt.ly/destek
WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.