Birbirlərini dəli kimi sevən bir ailənin hekayəsidir bu.
Ər bir gün öz həyat yoldaşını motoskilet ilə götürüb onu sevdiyi kafeyə aparırdı. Yolda gedərkən ər motoskileti bərk sürməyə başlamışdı. Bu vaxt yoldaşı ona "tələsmə, asta ol, qorxuram" dedi. Ər dedi ki : yaxşı, o zaman məni sevdiyini söylə. Arvadı dedi: Səni çox sevirəm, lütfən yavaşla. Kişi dedi: İndi də mənə möhkəm sarıl. Arvad ərinə möhkəm sarıldı. Ər ona dedi: Başımdakı motoskilet
kaskasını çıxarıb öz başına taxa bilərsənmi? Başımı çox sıxdı...
Sabahı gün qəzetlərdə Motoskilet qəzası başlıqlı bir xəbər yayıldı. Xəbərdə deyilirdi ki, motoskilet tormuz əyləci işləmədiyi üçün binaya çırpılmış, üzərində olan 2 nəfərdən sadəcə biri sağ qalmış..
Gerçək isə beləydi: Yolun yarısında ər motoskiletin əyləcinin sıradan çıxdığını anlamış, amma bunu həyat yoldaşına bildirmək istəməmişdi... Bunun əvəzinə yoldaşından onu sevdiyini söyləməsini və son dəfə sarılmasını istəmişdi.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.