Məhəmməd Füzuli/Мухаммед Физули (film, 1958)(rus dilində)
Məzmun
Film XVI əsr Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, dünya şöhrətli şair Məhəmməd Füzulinin vəfatının 400 illiyinə ithaf olunmuşdur.
Filmdə Hüseynqulu Sarabski, Cabbar Qaryağdıoğlu kimi böyük sənət xadimləri çıxış edir. Xüsusən unudulmaz aktyor Kazım Ziyanın ifasında şairin lirikası səslənir.
Film Vətənimizin qədim tarixi abidələrini, mənzərələrini göstərən kadrlarla başlayır. Sonra karvan gedən səhra, Kərbəla, Bağdad şəhərlərinin panoramı ekranda görünür. Füzulinin ata-babasının Azərbaycandan İraqa köçməsi, şairin Kərbəlada anadan olması və yaradıcılığı barədə diktor izahat verir.
Filmdə xalqın şairə bəslədiyi böyük sevgiyə, Bakı və Moskvada keçirilən xatirə gecələrinə, xarici qonaqların bu mərasimlərdə iştirakına geniş yer verilmişdir. Biz filmdə həmçinin şairlərin, memarların, bəstəkarların, rəssamların böyük şairə həsr etdikləri ən yaxşı əsərləri ilə də tanış oluruq.
Film haqqında
Azərbaycan kinosunda bir epizodla da olsa Füzulinin bədii obrazı aktyor Əli Qurbanov tərəfindən ilk dəfə olaraq bu filmdə yaradılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
Rejissor : Niyazi Bədəlov
Ssenari müəllifi : Süleyman Vəliyev, Niyazi Bədəlov, Boris Seytlin
Operator : Seyfulla Bədəlov, Rasim Ocaqov
Rəssam : Nadir Zeynalov
Musiqi Tərtibatı : German Krupkin
Səs operatoru : İqor Popov
Janr: Sənədli
Qısametrajlı
Bioqrafik
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
İl: 1958
Film çəkilən yerlər: Bakı
Moskva
Texniki məlumatlar: 3 hissə
830 metr
35 mm
Bütün videoların siyahısı: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_kinosu_videolar%C4%B1
Facebook profilim: http://www.facebook.com/vusal.agayev.714
Facebook qrupum: http://www.facebook.com/groups/kinomuz
Email: vusalaghayev@gmail.com
Vikipediya: http://az.wikipedia.org/wiki/%C4%B0stifad%C9%99%C3%A7i:Vusal1981
Diqqət: Videoları köçürüb yenidən Youtube-da yerləşdirmək olmaz. Belə hal baş verərsə tərəfimdən şikayət olunacaq. Filminin silinməsini istəyən müəllif mənimlə əlaqə saxlasın dərhal silim.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.