Я возвращаюсь домой! Trailer - Mən evə qayıdıram! -Samir Kerimoglunun filmi
Film Azərbaycan uğrunda gedən döyüşlərdə böyük şücayət göstərmiş əsgərlərimizə həsr olunub.
"Mən evə qayıdıram" filmi “Salnamə” kinostudiyasının istehsalıdır. Film 2014-cü ildə ilk dəfə olaraq 26 fevral Xocalı soyqrımı günündə Nizami kinoteatrında tamaşaçılara təqdim edilmişdir.
Ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Rejissor “bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə”çəkdiyini bildirib.
Film aktyor Yaşar Nurinin ən son çəkildiyi filmdir.
Filmdə Emil Bədəlov, ELçin Mehdi, Murad Abdullayev, Yaqub Zeynalov, Elşən Hacıbabayev, Fuad Poladov, Katarina Fyodrova və Vladimir Yakovlev rol alıblar.
Filmin ssenarisi İsmayıl Səfərəliyə aiddir.
Qeyd edək ki, çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri, Fuad Poladov, aktyorlar Emil Bədəlov, Murad Abdullayev, Kamran Ağabalayev, Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenko çəkiliblər. Film real faktlar əsasında ekranlaşdırılıb.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.