Film məhəbbət və ölüm haqqındadır. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını sərtləşdirir. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif(Fəxrəddin Manafov) müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız(Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı?
Filmin sonunda qəhrəman ölür. Lakin onun qəlbi hər cür natəmiz fikirlərdən təmizlənir. Axı, o, ölümündən bir qədər əvvəl sevilib sevirdi...
Janr: Dram Məhəbbət
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Ağ-Qara (rəngli kadrlarla)
Vaxt: 87 dəq.
İl: 1989
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar:10 hissə 2516 metr 35 mm
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.