Bakıda sürücü qız dələduzu biabır etdi: Sən kişi deyilsən - Xanım sürücü ikinci dəfə belə halla rastlaşıb. 2016-04-23
Paytaxtda fırıldağın yeni bir növü peyda olub. Fırıldaqçılar indi də “maşınım xarab olub” bəhanəsi ilə vətəndaşlardan pul almağa çalışırlar. Ancaq pul verən xanım sürücü həmin şəxsi 2-ci dəfə başqa yerdə görəndə bir xeyli əsəbiləşib. Həmin şəxsə yaxınlaşaraq onun bu hərəkətinin düzgün addım olmadığını bildiririb və bunu kameraya çəkərək məsələni ictimailəşdirib.
Həmçinin Kərbəladan hədiyyə gətirdiyini iddia edən fırıldaqçılar var.
Son günlər sosial şəbəkələrdə yayılan kadrlardan göründüyü kimi 27-30 yaşlarında bir gənc yoldan keçən sürücüləri saxlayaraq pul istəyir.
Ancaq maşındakı xanım bu hadisə ilə ikinci dəfə rastlaşdığı üçün həmin şəxəsin fırıldaqçı olduğunu anlayır.
Son zamanlar geniş yayılan və xüsusən də cavanların iştirakı ilə baş tutan bu cür hallara insanların münasibəti birmənalıdır.
Hüquqşünaslar isə bildirilər ki əgər vətəndaşa 50 manatdan az ziyan vururulubsa, bu, İnzibati Xətalar Məcəlləsinə görə xırda xuliqanlıq sayılır. Odur ki, belə şəxsələri 72 manat cərimə gözləyir.
Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.