Muzdlu qatillər - Suriya erməniləri Qarabağda nə edir VİDEO
Muzdlu qatillər - Suriya erməniləri Qarabağda nə edir ? VİDEO
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin əsgərləri silahı yerə qoyub Azərbaycana təslim olduğundan, məsələn 1 il ərzində ordudan 73 əsgər qaçıb. Deyəsən namı bəd olan qonşularımız boşluğu Suriyadan köçən ermənilərdən ibarət muzdlularla doldurmağa çalışır. Faktlarla danışırıq. Məsələn Azərbaycanın işğal altında olan Laçın rayonuna köçürülən bu Suriya ermənisi olan qadın deyir ki, Qarabağa hələ Suriyada güllük gülüstanlıq ikən köçürülüblər. Oğlu Arakel isə Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət edir.
Özgəsinin torpağının sahəsini ayırmağa nə var ki. Aydın məsələdir ki, bu ailə buraya muzdlu hərbçi olan oğlanlarına görə köçürülüb. Nəzərə alsaq ki, Azərbaycanlılar və Türklər əleyhinə yönəlmiş Livan və Suriyada yaradilmiş ASALA terror təşkilatının terrorçu yaranma yeri də yetişdirmə mərkəzi də məhz Suriyadadır, Apostol adlı digər bir erməni terror təşkilatı isə Suriyada yaradılıb və Suriya, Livan və Ermənistan ermənilərindən ibarətdir onda Atonapesyanların kim olduğu barədə uzun uzadı düşünməyə də dəyməz. 1962-ci ildə Suriyanın Hələb şəhərində doğulan Karo Kaxkeçyan. Ermənistan tərəfindən 1993-cü ildə Suriyadan Dağlıq Qarabağa gətilirlmiş bir çox terrorçunun daxil olduğu “xaçgəzdirənlər” adlı dəstəyə başçılıq edib. Bu dəstə Laçın, Kəlbəcər və Ağdərədə terror əməlləri ilə məşğul olub. Dağlıq Qarabağda Ermənistan tərəfindən Suriyadan gətirilmiş 300-ə yaxın belə xüsusi terrorçu terror əməlləri ilə məşğul olub. Sirr deyil ki ASALA –nin hazırda fəaliyyət göstərdiyi Suriyanın özündə belə, Ermənilər terror əməlləri ilə məşğuldur. Daily Teleqraf qəzetinə müsahibəsində bu cür erməni terrorçularından biri deyib. “Biz burda PKK ilə birlikdə əsasən türklərə qarşıyıq. Harda türk gördük onları məhv edirik.Onsuz da burda kim kimi öldürdü bilinmir.” Agentlik son 6 həftə ərzində 150 erməninin Suriayadakı küçə döyüşlərinə qatıldığını yazırdı. Onların əsas qərərgahları snayperlərlə təchiz olunmuş erməni kilsələridir. Beləliklə Suriyadan erməni ailələri adı altında Dağlıq Qarabağa köçürülən ermənilərin Qarabağa gətirilməsinin əslində başqa səbəbləri olduğu aydın görünür.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.