GƏNCƏ ermənisi Rimma Sarkisova 28 ildən sonra Gəncəyə gəlib.
Beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn erməni əsilli Rimma Sarkisova doğma şəhərinə səfər edib. O, düz 28 ildən sonra Sovet dövründə Kirovobad adlandırılan Azərbaycanın Gəncə şəhərinə gedib. O, burada doğulub, boya-başa çatıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən 1989-cu ilin sentyabrında Gəncəni tərk edib. O, köhnə qonşularından kimisə görmək ümidi ilə doğma evinə yollanıb.
Çay süfrəsi ətrafında Rimma Sarkisova Arif İsmayılovdan evin əvvəlki sakinləri barədə soruşur. Keçmiş günləri yada salıb, xoş xatirələrini bölüşürlər.
1989-cu ildə Gəncəni tərk edən Rimma Sarkisova Ermənistana gedib. Amma Azərbaycandan olan digər ermənilər kimi, onu da qəbul etməyiblər. Çarəsiz qalan qadın Ukraynaya gedib və bu günədək orada yaşayır. Deyir ki, Azərbaycanda ermənilər çox yaxşı yaşayırdılar. Onların hər bir şəraitləri vardı. Evləri, yaxşı işləri, dostları. Buranı tərk edən ermənilər çox şey itiriblər. Bu binada əvvəllər zavod fəaliyyət göstərib, Rimma Sarkisova burada 11 il texnik-texnoloq işləyib. O, Azərbaycan dilini unutmayıb.
Dağlıq Qarabağ münaqişəsi barədə danışan Rimma Sarkisova baş verənlərə görə erməni seperatçılarını günahkar sayır. Deyir ki, əgər onların Azərbaycancana ərazi iddiası baş qaldırmasaydı, hər şey əvvəlki kimi yaxşı olardı.