Kino əsəri cəhalətpərəstliyi, avamlığı, kortəbii fanatizmi, fırıldaqçılığı ifşa edir. Burada söhbət çirkin adamlardan deyil, dövrün çirkin ab-havasından gedir. Filmdə adamların xeyirxahlığı və sadəlövhlüyü ön plana çıxarılmışdır. Sadəlövhlük isə qüsur deyil, təmizlikdir, möcüzəyə inamdır.
Film ümumbəşəri problemlər qaldırır, insanları ayıq olmağa, yaxşını pisdən, xeyri şərdən, həqiqəti yalandan ayırmağa, həyata açıq gözlə baxmağa çağırır.
Film dünya ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinin motivləri əsasında çəkilmişdir.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.