Devalvasiyadan sonra ilk addım kimi prezident İlham Əliyev gömrükdə monopoliyanın ləğvinə qərar verdi. Sivil dövlətlərdə gömrük sistemində aparılan islahatlar ölkəni ağ günə şıxarmaq üçn yeganə və ilk addımlardan biridir ki, bu istiqamətdə də ölkə rəhbərliyi tətəfindən addımlar atıldı, qərarlar verildi. Prezidenti artıq gömrükdə monopoliya olmadığına inandırmağa çalışsalar da, əslində vəziyyət başqadır. Sadəcə ölkəyə gətirilən malların bəzilərinin üzərindən monopoliya yığışdırılsa da, "baş monopolistimiz” Əbülfəz Məlikov və onun hegemonluğu hələ də qorunur. Nəinki qorunur, hətta ona işində yaxından yardımçı olanlar da var. Hamıya məlumdur ki, Azərbaycana xaricdən kərə yağının gətirilməsinə "monopilya naziri” kimi tanınan Əbülfəz Məlikov rəhbərlik edir. Ölkəyə isə əsasən yağ Zelandiya və Gürcüstandan gətilir ki, bu proses də birbaşa Ə.Məlikovun nəzarəti altındadır. Hətta qonşu ölkələrlə sərhəddə yerləşən rayonlarda vətəndaşlar ölkəyə 5 kq-dan artıq yağ keçirə bilməzlər. Bununla bağlı kifayət qədər video görüntülər var. İlk olaraq onu bildirək ki, ölkəyə gətilən yağların mənşəyi kimsəyə aydın deyil. Bu barədə bir qədər sonra. Əsas məsələlərdən biri də ondan ibarətdir ki, bu gün hamımız Gürcüstanda 6-6.50 qəpik olan Yeni Zellandiya yağını 17 manata alırıq. Bu iki məsələ ilə bağlı ekspert rəylərini yazıda oxuyacaqsınız. Amma bir məqamı da vurğulamaq yerinə düşər ki, ekspertlər, bir sıra KİV-lər bu faktları dəfələrlə gündəmə gətirsələr də, qiymətindən qat-qat baha olan və mənşəyi bilinməyən yağları ölkəyə gətirənin kimliyi haqda çox vaxt susqunluq nümayiş etdirilir. Bunun səbəbləri haqda
RealMedia.az olduqca ciddi faktlar məlumdur, sadəcə olaraq, mövzudan yayınmamaq üçün hələlik onlara toxunmuruq. Bu günə qədər mənşəyi bilinməyən yağların kimlər tərəfindən gətirilməsinin niyə az qala dövlət sirri kimi qorunması, Ə.Məlikovun mediadakı "qoruyucu mələkləri” ayrıca mövzudur.
Bu əsnada RealMedia.az-ın apardığı araşdırmaları zamanı məlum olub ki, bu ilin əvvəlindən Bakı supermarketlərində kərə yağı 70 faizə qədər bahalaşıb və nəticədə Azərbaycanda bu məhsulun onsuz da normadan 8 dəfəyədək aşağı olan istehlakı bir qədər də azalıb. Əsas bahalaşma avqust ayında baş verib. Məsələn, avqustda Zelandiya yağının kiloqramı əvvəlcə 14 manatdan 16 manata, daha sonra isə 18 manata qalxıb. Halbuki, 2017-ci ilin əvvəllərində bu yağın kiloqramı 12 manat ətrafında dəyişirdi. Devalvasiyadan əvvəl isə bu məhsulu 6,5-7 manata almaq olurdu. Beləliklə, kərə yağı qısa zaman ərzində 3 dəfəyə qədər bahalaşıb.
Tibbi normalara görə, hər bir insan gün ərzində ən azı 30 qram kərə yağı istehlak etməlidir. Bu, Azərbaycan üzrə 110 min ton kərə yağı istehlakını vacib edir. Amma Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycanda ildə cəmi 14 min ton yağ istehlak edilir. Bunun 13 min tonu idxal edilir, min tonu isə ölkə daxilində istehsal edilir. Kərə yağı orqanizmi lazım olan qədər A E, D və K vitaminləri ilə təmin etməyə imkan verir. Kərə yağının tərkibində olan piy turşuları kalsiumun və başqa elementlərin bədəndə mənimsənilməsinə yardım edir, alternativ yağlar isə əksinə, buna mane olur. Bu, baş vermədikdə orqanizmin qocalması sürətlənir, ürək-damar xəstəlikləri artır və infarktdan ölənlər çoxalır. Kütləvi istehlak edilən bitki yağlarının böyük hissəsi raps yağları olduğundan, bu, həm də görmə problemləri yaradır. Həmçinin, bədəndə mənimsənilməyən elementlər toplaşaraq bədxassəli şişlər əmələ gətirə bilir. Məhz buna görə, sovet dövründə uşaq bağçalarında və məktəblərdə uşaqların, hərbi hissələrdə isə əsgərlərin hər gün 20 qram kərə yağı qəbul etməsini vacib görürdülər. İndi Azərbaycanda bu praktika yoxa çıxıb deyə, xərçəngdən ölənlər 2 dəfə artıb – 1990-cı ildə ölkədə xərçəngdən 4 min adam ölübsə, 2016-cı ildə 8 mini keçib. Halbuki, hazırda onkoloji xəstəliklərə qarşı ciddi mübarizə aparılır. Əks halda, ölənlər qat-qat artıq olardı. Ölkədə kərə yağı istehsalının artırılması üzrə təcili tədbirlər görülməsinin vacib olduğu ay...