Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.
Filmdəki yağış həqiqidir.
Filmin rejissorlarından biri Vaqif Mustafayev Space televiziyasında müsahibəsində demişdir: Mən bu filmi çəkdiyimi həmişə gizlədirdim və utanırdım bu filmə görə. Lakin sonralar görəndə ki, tamaşaçı bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki, bəli, bu filmi mən çəkmişəm.
Filmin sonuna yaxın toy səhnəsində aktyor Muxtar Maniyev aktyor Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Bu rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın.
Pirotexnik obrazının ifaçısı aktyor Ələsgər Məmmədoğlu həqiqətən stuldan yıxılır. Digər aktyor yoldaşları onunla zarafat etmişdilər.
Filmin əvvəllərində partlayış səhnəsində Hacı İsmayılov həqiqətən ikinci mərtəbədən yıxılır.
Filmin quruluşçu rejissorluq işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan sonra, gözlənilmədən vəziyyət dəyişdi. Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər.
Janr: Komediya Musiqili Məhəbbət
İlk baxış tarixi: 17 mart, 1986
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli
Vaxt: 74 dəq.
İl: 1986
Film çəkilən yerlər: Şamaxı, Məlhəm kəndi
Bakı, kinostudiyanın pavilyonu
Texniki məlumatlar: 8 hissə 2023 metr genişekranlı 35 mm
"Svema" kinolenti(Şostka Kimya Kombinatı)
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.