Bağışlayan və mehriban Allahın adı ilə
MEHDİ
Allahı tanıyıb bilən insanlar
Hər zaman deyiblər bizdədi Mehdi.
Mehdini uzaqda ey axtaranlar!
Yaxında axtarın, sizdədi Mehdi.
Mehdi Yaradanın xilaskarıdı,
Mehdi Yaradanın xoş xəbəridi,
Mehdi Yaradanın öz sirləridi,
Allahı tanıdan sözdədi Mehdi.
Mehdi düz əməlli olanlarladı,
Mehdi həqiqəti bilənlərlədi,
Mehdi Haqq eşqi ilə yananlarladı,
İnam atəşində, közdədi Mehdi.
Mehdi möminlərin arasındadı,
Nəfslə vuruşanların arxasındadı.
Barış istəyənin duasındadı,
Səbrimizdə, sevgimizdədi Mehdi.
Mehdi zöhr edəcək biz birləşəndə,
Dindarlar birləşib söz birləşəndə.
Ey Allah deyənlər, siz birləşəndə,
Onda bilin aranızdadı Mehdi.
Mehdi zöhr edəndə açılar sirlər,
Mehdini dinləyən ölü dirilər.
Baxana görünər uca isimlər,
Haqqın adlarında, yüzdədi Mehdi.
O zöhr qapısı səndə, məndədi,
O qapı hər zaman düşünəndədi.
Oxuyub düşünüb öyrənəndədi,
O əlif, lam, rada -- yazıdadı Mehdi.
Mehdi zöhr edib tez gələcəkdir,
Görənə Cəbrayılı göstərəcəkdir.
Bizi mənliymizdən səsləyəcəkdir,
Çünki, bizim mənliymizdədi Mehdi.
Mehdi zöhr edir, hər gün də gəlir,
Gözləyən hər kəsə bir gündə gəlir.
Bilənlər bilir ki, o, gündə gəlir,
Qəlbimizdə, inamımızdadı Mehdi.
Mehdi gəlib, indi yanımızdadı,
Mehdi gəlib, tövbədəki sözdədi,
Mehdi gəlib, orucda, namazdadı,
Harama baxmayan gözdədi Mehdi.
Xilas olmaz, doğru yola gəlməyən,
Xilas olmaz, Haqqa səcdə qılmayan,
Xilas olmaz, əlinə kitab almayan,
Kitabımızda, Quranımızdadı Mehdi.
Gümran deyər, xilaskarmız Allahdı,
Başqasına xilaskar demək günahdı.
Allahın sirrləri açılan vaxtı
Görəcəyik ki, ruhumuzdadı Mehdi.
23.02.2012
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации