Yeraltı şəhər günbəgün böyüyür
Bu gördüyünüz məzarların hər birində sizin kimi insanlar yatır...
Təxminən iki metrlik məsafədə onunla yanaşı biri də var.
Onun da yanında başqa biri...
Onun da yanında başqa biri...
Lakin ərazisi geniş olan bu sahədə heç biri tərpənə bilmir. Heç kim bir-birinə baş çəkə bilmir, heç kim danışa bilmir, nəfəs ala bilmir, yemək yeyə bilmir.
Gördükləri tək şey zülmət qaranlıqdır.
Ölüm hər insana bir addım qədər yaxındır. Bu həqiqətə baxmayaraq, bəzi insanlar qəflət içində ölümü özlərindən uzaq görürlər.
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində üz çevirirlər. (Ənbiya surəsi, 1)
Onlar da vaxtilə sizin kimi televizora baxırdılar.
Onların da indi yaşayan insanlar kimi işləri, çox sevdiyi avtomobilləri, xoşbəxt anlarında çəkdirdiyi fotoşəkilləri, ailələri və gələcəyə aid planları var idi.
Ancaq ölümləri ilə birlikdə bütün bunlar dəyərini itirdi.
Əksər insanlar ölümü düşünməkdən qaçırlar.
Halbuki hər keçən saniyə sizi öləcəyiniz ana bir az da yaxınlaşdırır.
Bu filmi izləyən hər insanın neçə gün, neçə saat, neçə dəqiqə ömrü qaldığı bəllidir.
Və sonda həmin an gəlir, geriyə doğru sayma bitir...
Bir insan 80 il də yaşasa, 100 il də yaşasa hər keçən gün qaçılmaz sona doğru irəliləyir.
Bu dünya insanların təlim yeridir. Buna görə də, hər insan bütün həyatını Allah rızası üçün yaşamaqla məsuldur.
Torpağın altında nə mal-mülkün, nə şan-şöhrətin, nə də ətrafdakı insanların bir dəyəri var.
Varlı-kasıb, gözəl-çirkin, gənc-yaşlı hər insan cəmi bir neçə metrlik parçaya bürünərək dəfn ediləcək.
De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir". (Cumuə surəsi, 8)
Bu cənazə mərasimində iştirak edən insanlar da bir gün dəfn edilən adamla eyni mövqedə olacaq.
Bəs siz?!
Heç düşündünüzmü?
Bəlkə də bu filmi izləyənlər arasında da gənc yaşda və ya heç gözləmədiyi anda öləcək şəxslər var.